Avroviziyanın ilk qalibi olmuş İsveçrə növbəti il Malmödə baş tutacaq olan 68-ci Avroviziya mahnı müsabiqəsində iştirakını təsdiqləyib.
Yayımçı kanal SRT açıqlamasında bildirir ki, ölkəni təmsil edəcək şəxs daxili seçim üsulu ilə təyin olunacaq. 10 Avqust tarixindən etibarən mahnı qəbulunun başlayacağını elan edən yayımçı kanal, 24 avqustadək müraciətləri qəbul edəcəyini bildirib.