Rumıniyanın Avroviziya 2023 təmsilçisi Theodor Andrei Avroviziya 2023’dəki çıxışı barəsində müsahibələrin birində söz açıb:
“Səhnəm müsabiqənin ən bərbad səhnəsi idi. Bunu bilirəm.Çünki, kanal mənə heç bir maddi kömək eləmədi. Hər şeyi özüm ödədim. Səhnəni öz kompüterimlə hazırladım.
Uğurlu olmadığı üçün çox pisəm amma bunu bilin ki, əlimdən nə gəlirdisə etdim”.
Qeyd edək ki, Theodor Andrei ölkəsini “D.G.T. (Off and On)“ mahnısı ilə son Avroviziya mahnı müsabiqəsində təmsil etmiş və 0 xal ilə yarımfinalda sonuncu olmuşdur.