STİG KARLSSEN: NORVEÇ AYB-YƏ YENİ SƏSVERMƏ SİSTEMİ TƏKLİF EDƏCƏK

Norveç nümayəndə heyətinin rəhbəri Stig Karlssen AYB-yə yeni səsvermə sistemi təklif etməyə hazırlaşır. Təklif ediləcək yeni səsvermə sisteminə görə münsif səsləri ümumi səslərin artıq 50%-ni deyil 40%, hətta 30%-ni təşkil etməlidir.

YouTube player

Eurovíziós Podcast-da Szűcs Viktor ilə geniş müsahibəsində Karlsen, telesəsvermədə yaxşı nəticə əldə edən mahnılar müsabiqədə qalib gələ bilməsə, Avroviziyaya marağın azalacağını hiss etdiyini söyləyib:

“Mən münsif səslərinin tamamilə Avroviziyadan çıxarılmasına qarşıyam. Münsif səsləri şounun həyəcanını artırır və blok səsvermənin qarşısını alır. Lakin münsif səslərinin təsirinin azaldılması çox vacibdir.”

Avroviziyada səsvermə sisteminin dəyişməsi ilə bağlı müzakirələr Liverpulda keçirilən müsabiqədən sonra daha da yüksək səslə dilə gətirilməyə başlanılıb. Buna səbəb kimi telesəsvermədən 376 xal alan “Cha Cha Cha”nın telesəsvermədə heç bir ölkədən on iki xal almayan “Tattoo”ya uduzması göstərilir.

YouTube player

Stig Karlssen bundan başqa bir sıra daha maraqlı mövzulara toxunub. Deleqasiya rəhbərinə görə AYB-nin sonuncu dəfə Avroviziyaya 2019-cu ildə qatılan Macarıstanı geri gətirmək üçün görüşmələrə başladığını bildirib:

“Avropa Yayım Birliyi Macarıstanı Avroviziyaya geri gətirmək niyyətindədir. Görüşmələrin nəticəsinin müsbət olacağına inanıram və qeyd etmək istəyirəm ki, ən geci 2025-ci ildə biz Macarıstanı Avroviziyada yenidən görəcəyik”

Bundan başqa bütün azarkeşləri həyəcanlandıran başqa bir ölkə var ki, hamımız bu ölkənin Avroviziyaya geri qayıtması üçün çalışırıq”.

Leave a Reply