“AVROVİZİYA 2024″Ə MALMÖ ŞƏHƏRİ EV SAHİBLİYİ EDƏCƏK

Sayca 68-ci Avroviziya Mahnı Müsabiqəsinə İsveçin Malmö şəhəri ev sahibliyi edəcək.

Bununla bağlı Avropa Yayım Birliyi və İsveç yayımçı kanalı SVT birlikdə məlumat yayıb.

Müsabiqəyə Malmö’də yerləşən “Malmö Arena” ev sahibliyi edəcək.

Arena 15.000 nəfər tamaşaçı tutumuna malikdir. Arena daha əvvələr 2013-cü ildə də Avroviziyaya ev sahibliyi edib.

Müsabiqə 7,9,11 may tarixlərində baş tutacaq.

Qeyd edək ki, Birləşmiş Krallığın Liverpul şəhərində keçirilən sayca 67-ci Avroviziya Mahnı Müsabiqəsinin qalibi İsveç oldu və gələn ilki müsabiqəyə ev sahibliyi etməyə haqq qazandı.

YouTube player

Leave a Reply