AZƏRBAYCAN UŞAQ AVROVİZİYA 2023-DƏ İŞTİRAK EDƏCƏK?

21-ci “Uşaq Avroviziya” mahnı müsabiqəsi bu il noyabrın 26-da Fransanın Nitsa şəhərində keçiriləcək. Şüarı “Heroes” qəhrəmanlar olan müsabiqə Palais Nikaia qapalı konsert zalında baş tutacaq. Yarışmaya indiyə olan məlumata görə 14 ölkə iştirakını təsdiqləyib.

Müsabiqənin yaxınlaşdığı bir dövrdə çoxumuzun ağlında bir sual var: 

“Azərbaycan bu il müsabiqədə iştirak edəcək?”

Həmin suala cavab tapmaq üçün yayımçı kanalın rəsmiləri ilə əlaqə saxladıq. Əldə etdiyimiz məlumata əsasən, İctimai Televiziya və Radio Yayımları şirkətinin Uşaq Avroviziya mahnı müsabiqəsi ilə bağlı rəsmi qərarı yoxdur. Bu səbəbdən müsabiqəyə iştirak edib-etməyəcəyimiz hələ ki, bəlli deyil.

Xatırladaq ki, Azərbaycan müsabiqədə ən son 2021-ci ildə Sona Əzizovanın ifa etdiyi “One of Those Days” mahnısı ilə iştirak edərək 151 xalla 5-ci yerde qərarlaşıb. Bu isə ölkəmizin Uşaq Avroviziya tarixindəki ən uğurlu nəticəsidir.

YouTube player
1

One thought on “AZƏRBAYCAN UŞAQ AVROVİZİYA 2023-DƏ İŞTİRAK EDƏCƏK?

Leave a Reply