2021-ci ildə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil etmiş Efendinin “Mata Hari” mahnısı rus ifaçı tərəfindən yeni versiyada təqdim olunub.
“12xal” məlumat verir ki, Saltaya adlı ifaçının bir neçə saat öncə təqdim etdiyi “Салтая” adlı mahnının “Mata Hari” mahnısının plagiatı olması açıq aydın hiss olunur.
Hər hansı kover işi olmamasını nəzərə aldığımızda bu müəllif hüquqlarının açıq-aydın pozulması halıdır. Hansı ki, dəyişən sadəcə musiqi alətləri və sözlərdir demək kifayət edir.
Qeyd edək ki, Efendi ölkəmizi 2021-ci ildə baş tutan Avroviziya mahnı müsabiqəsində “Mata Hari” adlı mahnı ilə təmsil etmiş və 65 xal ilə müsabiqəni 20-ci pillədə başa vurmuşdur. Çıxış müsabiqənin ən yadda qalan nömrələrindən biri olmaqla yanaşı ölkəmizin son illərdə iştirak etdiyi ən uğurlu işlərdən biri kimi də təqdim edilir.
Hansı ki, sözügedən mahnı “Spotify” rəqəmsal musiqi platformasında bu günədək təxminən 28 milyon nəfər tərəfindən dinlənilib, “YouTube”da isə 15 milyon izlənməni ötüb.
Bununla yanaşı olaraq təmsilçimiz Avroviziyadan sonra fərqli ölkələrdə baş tutan Avroviziya və qeyri Avroviziya tədbirlərinə və şənliklərinə dəvətlər almış, ən sevilən mahnıları ilə yanaşı “Mata Hari”ni səsləndirmişdir.