AVROVİZİYA 2023: ÖLKƏLƏRİN STATİSTİK NƏTİCƏLƏRİ

Ötən həftə Avroviziya 2023 yarımfinal və final mərhələləri baş tutdu ki, nəticədə qalib və digər bütün pillələrin yerləri bəlli oldu.

Ölkələrin bu ilə göstəricisi ötən illərlə nə dərəcədə fərqlənir? Bu gün bu suala cavab tapmağa çalışdıq.

🇸🇪 İsveç – 2020-lərin ən güclü Avroviziya iştirakçısı olmağı bacarıb. 2012, 2015 və 2023-cü illərin qalibi olub. Əldə olunan qələbə ilə birlikdə bugünədək müsabiqədə ən çox qələbə qazanan ölkə adını İrlandiya ilə birgə daşıyır. 

🇫🇮 Finlandiya – 2006-cı ildəki qələbəsi xaricində ölkənin bu günədək əldə etdiyi ən yaxşı nəticə olub. 526 xal ilə ikincilik.

🇮🇱 İsrail – Nettanın qələbəsinin ardıyca müsabiqədə geriləyən, hətta son il finala vəsiqə qazana bilməyən İsrail bu dəfə müsabiqəni 3-cü olaraq başa vurub.

🇮🇹 İtaliya – təzəlikcə qələbə qazanmasına baxmayaraq ardıcıl iki ildir ki, yaxşı nəticə ilə geri dönür.

🇳🇴 Norveç – 2013-cü ildən sonra ölkənin ən yaxşı nəticəsi olmağı bacarır – 268 xal ilə 5-ci.

🇺🇦 Ukrayna – Burada qeyri-adi olan bir şey yoxdur. Ukrayna ən yaxşı halda finaldadır və uğurlu nəticə ilə finalın 6-cısıdır.

🇧🇪 Belçika – Milli finalda qələbəsinə etiraz edən Belçika xalqı, yəqin etdiyinə peşiman olub. Son 5 ildəki ən yaxşı nəticəni ölkəyə gətirib. 7-ci yer.

🇪🇪 Estoniya – Müsabiqədə o qədər də uğurlu hesab edilməyən Estoniya 2018-ci ildə son illərin ən yaxşı dərəcəsi olan 8-cilikdən sonra tarixi yenidən yazır və bu dəfə də 8-ci olur.

🇦🇺 Avstraliya – 9-cu dəfə müsabiqəyə qatılan ölkə keçən ilki zəif nəticədən sonra 3-cü dəfə müsabiqəni 9-cu olaraq başa vurub.

🇨🇿 Çexiya – 2007-ci ildən müsabiqədə iştirak edən Çexiya indiyəqədərki ən yaxşı ikinci nəticəni əldə etdi. 129 xal ilə 10-cu.

🇱🇹 Litva – daha öncədən ölkəni duet şəklində təmsil edən və 18-ci olan Monika Linkyté bu dəfə solo ifa ilə ölkəyə 11-cilik gətirdi.

🇨🇾 Kipr – 2005-ci ildən sonra ölkəyə Eleni Foureiradan sonra ən yaxşı nəticəni gətirdi.

🇭🇷 Xorvatiya – 2007-ci ildən bəri 9 dəfə finala belə keçməyən ölkənin ən yaxşı nəticəsindən biri məhz bu il oldu.

🇦🇲 Ermənistan – 2017-ci ildən bəri müsabiqədəki zəif nəticə bu ilki 14-cü yer ilə bərpa edilib.

🇦🇹 Avstriya – 3 ildir finala həsrət qalan Avstriya bu il finalda 15-ci olub.

🇫🇷 Fransa – bu il də Fransa üçün ürəkaçan olmadı və gözləntilərin əksinə zəif nəticə ilə geri döndü. 16-cı yer.

🇪🇸 İspaniya – Ötən ilki uğurlu çıxışdan sonra bu il ölkə 17-ci olur. Maraqlı fakt isə ondadır ki, ölkə müsabiqə tarixində finalın bütün pillələrini əldə etmiş ölkə oldu məhz bu 17-ciliklə.

🇲🇩 Moldova – Pasha Parfeni 2012-ci ildəki 11-ci yeri qorumağı bacarmadı və ölkə finalı 18-ci olaraq başa vurdu.

🇵🇱 Polşa – Polşa xalqının gözləntilərinin əksinə ölkə finala vəsiqə qazanır amma finalda 19-cu yer olur.

🇨🇭 İsveçrə – Son 5 ilin ən pis nəticəsini əldə edir. 92 xal ilə 20-ci yer.

🇸🇮 Sloveniya – Ötən ilin yarımfinal sonuncusu olan Sloveniya bu dəfə finalda 21-ci yeri tutdu.

🇦🇱 Albaniya – Ötən il yarımfinalda qalan Albaniya üçün 22-ci yer elə də pis olmamalıdır.

🇵🇹 Portuqaliya – Son dəfə 9-cu olan ölkə bu dəfə 23-cü olmaqla həm də son 3 ildəki ən pis göstəricisini aldı.

🇷🇸 Serbiya – Ötən ilin 5-cisi olan Serbiya bu dəfə yarımfinalı 10-cu olaraq keçir və finalda 24-cü olur.

🇬🇧 Birləşmiş Krallıq – Ev sahibi ölkə sonuncu dəfə aldığı 2-ci yeri bu dəfə arxırdan 2-ci olaraq başa vurur.

🇩🇪 Almaniya – 2 ildir ardıcıl olaraq müsabiqənin final sonuncusu olaraq tərk edir.

🇮🇸 İslandiya – Yarımfinalda 11-ci olaraq finala keçə bilməyən ölkə üçün elə də fərqli bir hal olmur.

🇱🇻 Latviya – 2009-cu ildən bəri finala yalnız 2 dəfə çıxa bilən ölkə 5 dəfə yarımfinal sonuncusu olub. Son 7 ildə isə ən yaxşı göstərici ilə yarımfinalı 11-ci olaraq tamamlayıb.

🇬🇪 Gürcüstan – Ölkə 2017-ci ildən bəridir ki, finala həsrətdir.

🇬🇷 Yunanıstan – Son iki ildir finalın ilk 10 yerindən birini tutan Yunanlar bu dəfə 30-cu olur.

🇮🇪 İrlandiya – Ölkənin son 5 ildə göstərdiyi ən yaxşı nəticə olsa da ümumilikdə 31-ci olur.

🇳🇱  Niderland – Ötən il 11-ci olan Niderland bu dəfə müsabiqənin 32-cisi olub.

🇩🇰 Danimarka – ardıcıl üçüncü il olur ki, ölkə finala keçmir.

🇦🇿 Azərbaycan – 2008-ci ildən bəridir müsabiqədə iştirak edən ölkə indiyə qədər əldə etdiyi ən pis nəticə ilə müsabiqəni sonlandırır. 34-cü yer.

🇲🇹 Malta – Yarımfinalda sonuncu olaraq ardıcıl iki ildir ki, finala keçmir.

🇷🇴 Rumıniya – Müsabiqənin sonuncu yerini 0 xal ilə San Marino ilə birlikdə üstələnir.

🇸🇲 San Marino – Müsabiqənin sonuncu yerini 0 xal ilə Rumıniya ilə birlikdə üstələnir.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading