MİKA NEWTONUN KEÇMİŞ PRODÜSERİ LOREENİ MƏHKƏMƏYƏ VERƏ BİLƏR

Məşhur ukraynalı müğənni və aktrisa Mika Newtonun keçmiş prodüseri Yuri Falosi Avroviziya 2023 qalibi Loreeni məhkəməyə verə bilər.

Belə ki, Mika Newtonun 2005-ci ildə yayımlamış olduğu “В плену” (Captive) adlı mahnısının Youtube platformasında adını “Tattoo” olaraq dəyişdirilib. Daha sonra isə mahnı 18 il bundan əvvəl yayımlanmasına baxmayaraq Finlandiya Spotify’da birinci sıraya yüksəlib.

YouTube player

Bunun üzərinə isə mahnının haqqlarına sahib olan “Style Records” şirkəti və mahnının prodüseri Yuri Falosi bu məsələdən xəbərdar olduğunu və hüquqi müraciətə hazırlaşdığını söyləyib:

“Plagiatda təkcə mən qəzəblənmədim, əslində biz bir ay bundan öncə AYB-yə müraciət göndərdik, lakin müraciətimizə baxan olmadı. Biz bir ay bundan öncə hamıya bu mahnının plagiat olduğuna inandırmağa çalışdıq. Heç kəs reaksiya vermədi, çünki unudulmuşdu”.

Mahnının bəstəkarı Ruslan Kvitna da mahnıların oxşar olduğunu dilə gətirib.

Hələki, nə AYB, nə Avroviziya təşkilatçıları plagiat iddiasına cavab verməyiblər.

Qeyd edək ki, vaxtı ilə Ukraynanın Avroviziya 2010 təmsilçisi Alyoshanın da mahnısı plagiat çıxmış və müğənni müsabiqə üçün yeni mahnı hazırlamalı olmuşdu.

Mənbə: amp.fakty.ua

%d bloggers like this: