Loreenin “Tattoo” adlı mahnısı ilə ötən gün Avroviziyada İsveçə yeddinci qalibiyyətini gətirməsinin ardından, İsveç dövlət kanalı SVT gələn il üçün hazırlıqlara artıq başlayıb.
Hal-hazırda gələn ilki müsabiqəyə ev sahibliyi edəcək şəhərin axtarışına çoxdan başlanıb və aparcılar haqqında da müxtəlif fikirlər formalaşmaqda davam edir.
İsveç dövlət kanalı SVT-nin müdürü Hanna Stjärne, dünən qatıldığı bir proqramda müsabiqə ilə bağlı açıqlamalar verib:
“Dünən gecə çalışmalara başladıq deyə bilərik. Bu gün bəzi iclaslar keçirdik. Liverpulda olub necə etdiklərini və necə düşünməyimiz gərəkdiyini idarə edə bilən insanlar var. Bunun üçün də elə indi başlayırıq. Avroviziya kimi inanılmaz dərəcədə böyük bir layihəni bir il kimi qısa bir müddətdə hazırlamaq çox çətindir.
Avroviziya gələn il nisbətən çətin keçə bilər. Kanalımız maliyyə olaraq hələ ki, qənaət dönəmindədir. Təcrübəmiz var və onsuz da 2013-cü ildə maliyyə olaraq qənaət edib bir yarış keçirmişdik. Bu tarixi qalibiyyəti ən yaxşı şəkildə təqdim edəcəyik.”
SVT-nin açıqlamalarına görə hal-hazırda Avroviziyaya ev sahibliyi edə biləcək ən real namizəd paytaxt Stockholmdur. Bundan başqa Malmö, Goteburg və Örnsköldsvik şəhərləri də namizəd göstərilə bilər.
Əgər Avroviziya 2024-ə Stockholm ev sahibliyi edərsə müsabiqə çox böyük ehtimal tutumu 50-60 min civarında olan “Friends Arena”da baş tutacaq.
Bunlara baxmayaraq Goteburg bələdiyyəsi maddi olaraq çətin bir dönəmdə olduqlarını artıq açıqlayıb. Malmö bələdiyyəsi də oxşar bir açıqlama verərək maddi olaraq çətin dönəmdən keçdiklərini və müsabiqəyə ev sahibliyinin çətin olacağını qeyd edib.
Aftonbladet qəzetinin məlumatına görə Avroviziya 2024 aparcıları üçün kanalın ağlında olan isimlər başında Petra Mede və Måns Zelmerlow yer alır. Bundan başqa Sanna Nielsen və Sarah Dawn Finer də potensial aparcılar arasındadır.
Mənbə: nyheter24.se