GÖVHƏR HƏSƏNZADƏ: TURALTURANX-İN GÜNAHI YOXDUR,HƏR ŞEY TƏQDİMATDAN ASILI İDİ

Bu sözləri yerli bəstəkarlarımızdan və eləcə də, Avroviziya 2008 mahnımızın bəstəkarlarından biri olan Gövhər Həsənzadə qonaq olduğu “Səhər Mərkəzi” proqramında demişdir.

O ilk öncə iki ildir Avroviziya izləmədəyini söyləyib:

“İlk ildir ki, Avroviziyadan xəbərsizəm. Başım qarışıq olub, izləməmişəm.”

Daha sonra isə TuralTuranX-in finala keçməməsindən danışan Həsənzadə bunları deyib:

“Fikrimi sərt bildirəcəyəm. Uşaqlar çox istedadlıdırlar, Avropa formatına uyğunlaşdılar. Amma bu, hər kəsə dərs olsun ki, istedadlı olmağın oradakı təqdim edilən materiala aidiyyatı yoxdur. İstedad önəmli deyil, sonda 10 faizdir. 90 faizi təqdim edilən materialdan ibarətdir.

Hər kəsə dərs olsun, bu cümləmi də hamı eşitsin: Özfəaliyyət səviyyəsində beynəlxalq layihələrə, eləcə də “Avroviziya”ya yanaşma bununla da bitməlidir. Peşəkarlar, çox ciddi və əvvəlcədən yanaşma olmalıdır. Bizim ilk dəfə təqdim etdiyimiz qədər olmasa da olar, yarısı qədər olmalıdır. Kim istəyir oxusun, mahnı versin, kimi istəyir seçsin olmamalıdır. Azərbaycanın həmin səhnəyə çıxardacaq istedadları var. Düşünürəm ki, gələn il budəfəki boşluğu doldurarıq.

Seçilməmənin səbəbi özfəaliyyət oldu. Uşaqları başqa cür təqdim etmək olardı. Bizdə muğamı kim ifa etsə də, bizdən yaxşı olmayacaq. Avropa mahnısını da eləcǝ. Gələn il bu səhvi düzəldəcəyik. TuralTuranX-in günahı yoxdur, hər şey təqdimatdan asılı idi.”

%d bloggers like this: