TURALTURANX AVROVİZİYA SONRASI BİR SIRA AÇIQLAMALAR VERİB

Azərbaycanın Avroviziya 2023 təmsilçisi TuralTuranX Apa.az-a müsabiqə sonrası bir sıra açıqlamalar verib.

Tural Bağmanov finala vəsiqə qazana bilməsələr də, Avroviziyanın onlara böyük təcrübə qatdıqlarını deyib:

“O qədər insanın qarşısında çıxış etmək, onların enerjisini hiss etmək çox gözəl hisslər idi. Seçilməsək də mən yenə də xoşbəxtəm, çox gözəl təcrübə yaşadım. Buna görə minnətdaram. Avroviziya, bu hekayə, bu təcrübələr bizə çox şey qatdı. Biz qazandığımızı qazandıq”

Turaldan fərqli olaraq Turan finala keçməməsi ilə bağlı əvvəl pis hiss etsə də, sonradan artıq yaxşı hiss edib.

Onlar yeni albom üzərində işlədiklərini və tezliklə bunu təqdim edəcəklərini də qeyd edib.

Daha sonra isə TuralTuranX firuzəyi xalı mərasimindəki geyimlərinə görə onlara gələn tənqidlərə belə cavab verib və o geyimlərinin sadəcə bir obraz olduğunu söyləyib:

“Tənqid olunmaqdan narahat deyilik. Musiqiçi olan insan, incəsənət insanı buna dözməlidir, kimsə sənə yaxşı da desə, pis də desə. Sən mental olaraq hazır olmalısan, bu sənə təsir etməməlidir. Tezbazar qırılsan olmaz.

Geyim haqqında onu demək istəyirik ki, biz geyimimizi sevirik. Bizim tənqid edilən o geyimlərimizi biz çox sevə-sevə geyindik. Saçımdan makiyajıma kimi o geyimi mən sevirəm, xoşlayıram. Bu incəsənətdir, geyim də musiqi kimi bir şeydir. Əgər sən o tərzi sevmirsənsə, deməli o sadəcə sənin tərzin deyil. Bu sadəcə olaraq bir obrazdır. Sabah, birisi gün kovboy kimi də geyinə bilərəm. Bu o demək deyil ki, mən Texasdayam, at sürürəm.”

TuralTuranX Avroviziyaya yenidən qatılmağı düşünmədiyini deyib:

“Bir dəfə bunu təcrübə etdik, bizə bəsdir. Bəlkə gələcəkdə fikirləşərik. Maraqlı ola bilər yenidən qatılsaq. Ancaq fikirləşirik ki, hələ ki, bir dəfə bəsdir.”

Və ən sonda onlar sevənləri haqqında danışıb,onlara təşəkkürlərini bildiriblər:

“Bizi çox dəstəkləyən oldu, bizə sevgilərini göndərən, xoş sözlər yazan insanlar oldu. Biz onların hamısını çox sevirik. Onlar bizə çox dayaq oldular. Biz o insanlara görə özümüzü çox yaxşı hiss edirik”.

Nəzərinizə çatdıraq ki, TuralTuranX ötən gün Birləşmiş Krallığın Liverpul şəhərində baş tutmuş 67-ci Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalında 12-ci sıra nömrəsi ilə çıxış etmiş və finala vəsiqə qazana bilməmişdir.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading