Dünən axşam 67-ci Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalı Birləşmiş Krallığın Liverpul şəhərində baş tutdu.
15 ölkənin yarışdığı birinci yarımfinaldan ən yaxşı on ölkə şənbə günü baş tutacaq finala vəsiqə qazanıb.
Finalist ölkələr aşağıdakı kimidir:
- Xorvatiya;
- Moldova;
- İsveçrə;
- Finlandiya;
- Çexiya;
- İsrail;
- Portuqaliya;
- İsveç;
- Serbiya;
- Norveç;
Azərbaycan isə tarixində ikinci dəfə finala vəsiqə qazana bilmədi.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Aiselin “X My Heart” adlı mahnısı ilə 2018-ci ildə finala vəsiqə qazana bilməmişdi.