Dünən Liverpulda Avroviziya 2023-ün birinci yarımfinalist ölkələrinin ikinci məşqi baş tutdu. Azərbaycanda daxil olmaqla on beş ölkənin hər biri Liverpulda ikinci məşqini həyata keçirdi. Günün sonunda isə ikinci məşqlərdən otuz saniyəlik kamera çəkilişləri Avroviziyanın rəsmi Youtube kanalına yükləndi.
Baş tutan məşqlərdən görüntüləri aşağıdan görə bilərsiniz.
Yayımlanan 30 saniyəlik videoları izləmək üçün aşağıdakı videoya keçid edə bilərsiniz.
Bu gün isə ikinci yarımfinal ölkələrindən beş ölkə ikinci məşqini həyata keçirəcək. Daha sonra isə qısa fasilə olacaq. Fasilədən sonra böyük beşlik ölkələri və ev sahibi Ukrayna ilk məşqini edəcək.
Günün cədvəli:
🇩🇰 Danimarka – 13:30 – 13:50;
🇦🇲 Ermənistan – 13:55 – 14:15;
🇷🇴 Rumıniya – 14:20 – 14:40;
🇪🇪 Estoniya – 14:45 – 15:05;
🇧🇪 Belçika – 15:10 – 15:30;
🇩🇪 Almaniya – 16:40 – 17:10;
🇫🇷 Fransa – 17:20 – 17:50;
🇮🇹 İtaliya – 18:00 – 18:30;
🇺🇦 Ukrayna – 18:40 – 19:10;
🇪🇦 İspaniya – 19:20 – 19:50;
🇬🇧 Birləşmiş Krallıq – 20:00 – 20:30.