Ölkəmizi Avroviziya 2023 mahnı müsabiqəsində təmsil edən TuralTuranX bu gün “M&S Bank Arena Liverpool” səhnəsində ikinci məşqini edəcək.
İlk məşqdən fərqli olaraq bu dəfə onlara 30 dəqiqə deyil, 20 dəqiqə vaxt veriləcək. 20 dəqiqəlik məşq müddətində onlar ötən məşqlə müqayisədə hər hansı yeniliklər edə, yaxud dəyişikliyə gedə bilərlər.
Bildiyiniz kimi müsabiqənin qaydalarına görə birinci məşqlərdən ölkələrin çıxışları 1 dəqiqəlik TikTok videosu formatında yayımlanmışdı:
Həmçinin, hər məşqdən sonra eksklüziv fotolar da müsabiqənin rəsmi saytənda təqdim edilir.
İlk məşqdə nələr baş verdi?
30 dəqiqəlik məşq prosesi baş tutdu ki, bu məşq zamanı ilk bəlli olan şey təmsilçimizin səhnədə nə geyinəcəyi idi. Onlar yerli brend “Parchastudio” tərəfindən hazırlanmış retro, klassika və modern üslubun birləşməsini özündə əks etdirən yaşıl və bənövşəyi rəngli geyim seçiblər. İstəkləri ürəyində qalmayan qardaşların gitaraları da əllərindədir.
Geyimlərinin rəngləri səhnədə də öz yerini tapıb. LED ekran eyni rəngdə boyanıb və mərkəzdə arası çatlamış bir ürək formasında rekvizit var. Hansı ki, qardaşlar bu rekvizitin üstündə öz ifalarını edirlər.
Detallar tam bəlli olmasa da, fotolarda gördüyümüz o rəngli çıxışın televiziya ekranlarında bir qədər fərqli görünəcəyi də ehtimallar arasındadır. Hansı ki, ekran bəzi hissələrdə ikiyə və üçə bölünəcək və hər bir hissədə ayrı ayrılıqda onları görə biləcəyik. Hətta bəzi hissələrdə ağ-qara görüntünün də olacağı ehtimal edilir.
Bəs bu dəfə nələr görəcəyik?
Bu gün baş tutan məşqlərdə biz məşqlərdən daha çox fotolar görməklə kifayətlənməyib həm də çıxışların Avroviziya yarımfinallarında və finallarında ekran başında necə görünəcəyini əks etdirən 30 saniyəlik kadrı izləyə biləcəyik. Buna misal olaraq ötən illərdən nümunə videonu sizə təqdim edə bilərik:
Bundan sonra nə olacaq?
Təbiiki, hər şey bununla bitmir. İkinci məşqlərdən sonra təmsilçilər iki məşq arasındaki fərqlərə baxacaq. Bu fərqlər arasında seçim edəcək, yenilik lazımdırsa əlavə ediləcək, ixtisar lazımdırsa da plandan çıxarılacaq. Yekun qərardan sonra isə 8 May baş tutacaq birinci yarımfinalın ümumi şousunun ilk məşqi baş tutacaq. Bu məşqlər izləyicilər üçün qapalı keçsə də bizim üçün, akreditə edilmiş media üzvləri üçün açıq olacaq.
Bir sözlə 8 may tarixindən etibarən YouTube kanalımızda və digər sosial şəbəkə hesablarımızdan ediləcək canlı yayımlarda bizə qoşularaq daha çox məlumata yiyələnə biləcəksiniz.
Nəzərə çatdıraq ki, təmsilçimiz bu gün məşqini Bakı vaxtı ilə 19:05-də edəcək. Ümumi məşq ardıcıllığı isə bu şəkildədir:
🇸🇯 Norveç – 13:30 – 13:50;
🇲🇹 Malta – 13:55 – 14:15;
🇷🇸 Serbiya – 14:20 – 14:40;
🇱🇻 Latviya – 14:45 – 15:05;
🇵🇹 Portuqaliya – 15:10 – 15:30;
🇮🇪 İrlandiya – 15:35 – 15:55;
🇭🇷 Xorvatiya – 17:00 – 17:20;
🇨🇭 İsveçrə – 17:25 – 17:45;
🇮🇱 İsrail – 17:50 – 18:10;
🇲🇩 Moldova – 18:15 – 18:35;
🇸🇪 İsveç – 18:40 – 19:00;
🇦🇿 Azərbaycan – 19:05 – 19:25;
🇨🇿 Çexiya – 19:30 – 19:50;
🇳🇱 Niderland – 19:55 – 20:15;
🇫🇮 Finlandiya – 20:20 – 20:40.
📸 Eurovision.tv – Sarah Louise Bennett / EBU
📹 Eurovision Song Contest TikTok account