MƏŞQLƏRİN ÜÇÜNCÜ GÜNÜ – DAHA 11 ÖLKƏ MƏŞQİNİ TAMAMLADI

Avroviziya 2023-də məşqlər sürətlə davam edir. Bu gün Liverpulda daha on bir ölkə öz məşqlərini həyata keçirib. Bununla da bütün yarımfinalist ölkələr ilk məşqlərini bitirmiş olublar. Məşqlər Bakı vaxtı ilə saat 13:30-da Estoniya ilə başlayıb və 21:00-da Avstraliya ilə sona çatıb.

Gün ərzində məşqlərdən görüntüləri və məlumatları öyrənmək üçün yazımıza göz gəzdirə bilərsiniz.

  • Estoniya

İlk məşq Estoniyanındır.

Alikanın güclü səsi var. O, Eesti Laulda istifadə etdiyi royalı da Liverpula gətirib.

Həqiqətən vizual olaraq gözəl bir səhnə bizi gözləyir. Dramatik görüntü üçün bütün ledlərdən və işıqlardan demək olar ki, peşəkarcasına istifadə olunub.

  • İslandiya

Növbədə İslandiyadır.

Diljá üç dəqiqə ərzində enerjili bir performans sərgiləyir. Böyük addımlar və gimnastik hərəkətlər!

Bəli! Diljá bunları bacarır və Liverpul Arenanın zəminini titrədir.

Bu ilki Avroviziyada hələ belə dinamik çıxış olmayıb.

  • Yunanıstan

Sıradakı ölkə Yunanıstandır.

Victor bu ilki Avroviziyanın ən gənc iştirakçısıdır. Ancaq bu gənc yaşında olduqca əsəbidir.

Səhnədə Victor öz vokal gücünü məharətlə göstərir və ledlərdən peşəkarcasına istifadə edir.

Ruhlandırıcı bir performans sərgiləyən Victorun ledlərində böyük Victor qrafikləri var.

Paltarı Rumıniya təmsilçisinin paltarına oxşayır, amma rəngi biraz fərqlidir.

Günün ilk pirotexnikası da Yunanıstandan gəldi.

Victorun səhnəsində çoxlu duman matorları var.

  • Polşa

Sırada Polşadır.

Blanka səhnəyə dörd nəfər “back vocalist” ilə çıxır. Çıxış başdan sona olduqca əyləncəlidir.

Blankanın güclü xareoqrafiyası, arxa ledlərdə tropik meşə qrafikləri və çıxışının sonunda alov effektləri var.

Ohh! Deyəsən çıxışın ortasında bir rəqs performansı da var.

Blanka üzərinə geyindiyi paltarı rəqs sırasında çıxarır və Liverpulu silkələyir.

  • Sloveniya

Növbəti ölkə Sloveniyadır.

Joker Out qrupu qırmızı və qara rənglərin ahəngində olan səhnədə öz çıxışına başlayır. Əminik ki, canlı şou zamanı onların arenadakı fanlarla çox möhtəşəm kontaktları olacaq.

Joker Out eynən Maneskin xarizmasına sahibdir və çox peşəkardırlar.

  • Gürcüstan

Gürcüstan səhnədədir.

Iru səhnəyə külək maşınları ilə çıxır. Ağ rəngli uzun libası eyni klipdə olduğu kimi səhnədə uçuşur və dramatik bir görüntü yaradır.

Bütün çıxış səhnənin mərkəzində baş verir və səhnədə çoxlu tüstü effektləri var. Sanki Liverpulda böyük bir fırtına qopub

İrunun vokallarına isə təbii ki, söz yoxdur.

  • San Marino

Növbə San Marinonundur.

“Piqued Jacks” qrupu səhnədədir. Qrupun çıxışı zamanı ledlərdə qırmızı və qara tonlarda dəniz qrafikaları görünür.

Mahnı mümkün ola biləcək ən yaxşı səviyyədə oxunur və qrupun həqiqətən çox gözəl xarizması var.

  • Avstriya

Poe Poe Poe… növbədə Avstriyadır.

Onların böyük mesajı var, gurultulu mahnısı var. Güclü vokal var!

Hər kəs bu rəqs hərəkətlərini öyrənməlidir! Poe Poe Poe… Çünki bu həqiqətən çılğınlıqdır.

  • Albaniya

Növbəti ölkə Albaniyadır.

Albina güclü səsi ilə mahnıya başlayır. Kelmendi ailəsi və Albina bir harmoniyada səhnədə rəqs edirlər.

Sachanın qurduğu bu səhnədə ledlər Albaniya bayrağının rəngləri olan qara və qırmızı rəngdədir. Çıxışın sonunda alov effektləri də var.

  • Litva

Növbədə Litvadır.

Monika güclü vokalları ilə çıxışına başlayır. Səhnə milli finalla demək olar eynidir. Dörd nəfər vokalist ilə səhnədədir.

Əminik ki, bu vokalları eşidən hər kəsin tükləri biz-biz olacaq.

  • Avstraliya

Günün sonuncu məşqi Avstraliyadadır.

Qrupu üzvlərini çıxışı zamanı 80-ci illərin üslubu geyimlərlə görürük. Bu performans yarımfinalı bitirmək üçün ən yaxşı çıxışdır.

Avstraliya həqiqətən bu illər ərzində çox peşəkarlaşıb və bu səhnə bunu bariz nümunəsidir.

Səhnədə The Busker qrupu kimi onların da avtomobili var. Avtomobilin markasını bilmirik, amma araşdırırıq.

Çıxışın sonunda böyük bir atəş fəşanlıq görəcəksiniz və buna hazır deyilsiniz.

Sabah ilk yarımfinalist ölkələrin hamısı ikinci məşqini Liverpulda həyata keçirəcək. Təbii ki, onların arasında Azərbaycan da var. İkinci məşqlərdən xüsusi videolar isə Avroviziyanın rəsmi Youtube kanalında yayımlanacaq.

Sabahın cədvəli:

🇸🇯 Norveç – 13:30 – 13:50;
🇲🇹 Malta – 13:55 – 14:15;
🇷🇸 Serbiya – 14:20 – 14:40;
🇱🇻 Latviya – 14:45 – 15:05;
🇵🇹 Portuqaliya – 15:10 – 15:30;
🇮🇪 İrlandiya – 15:35 – 15:55;
🇭🇷 Xorvatiya – 17:00 – 17:20;
🇨🇭 İsveçrə – 17:25 – 17:45; 
🇮🇱 İsrail – 17:50 – 18:10;
🇲🇩 Moldova – 18:15 – 18:35;
🇸🇪 İsveç – 18:40 – 19:00;
🇦🇿 Azərbaycan – 19:05 – 19:25;
🇨🇿 Çexiya – 19:30 – 19:50;
🇳🇱 Niderland – 19:55 – 20:15;
🇫🇮 Finlandiya – 20:20 – 20:40.

%d bloggers like this: