MƏŞQLƏRİN İKİNCİ GÜNÜ – DAHA 10 ÖLKƏ ÖZ MƏŞQİNİ BAŞA VURDU

Avroviziya 2023-də məşqlərin ikinci günü Liverpulda başa çatıb. Daha on ölkə öz məşqini bu gün həyata keçirib. Məşqlər Bakı vaxtı ilə saat 13:30-da İsrail ilə başlayıb və 21:00-da Kipr ilə sona çatıb.

Gün ərzində baş tutan məşqlərdən görüntüləri və detalları aşağıdan görə bilərsiniz.

  • İsrail

Günün ilk məşqi İsrailindir.

Noa dörd tərəfi ledlərlə işıqlandırılmış nəhəng qutuda, fırlanan kameralarla səhnəyə giriş edir.

O, qara və çəhrayı rənglərdə parlaq bir paltar geyinib və 5 rəqqasla birlikdə Liverpulu silkələyir.

“Məndə tək buynuzlu atın gücü var” deyən Noa həqiqətən səhnədə parıldayır.

Mənim rəqs etdiyimi görmək istəyirsiniz? Bəli, Bəli!

Bunu gözləməyə dəyəcək!

Noanın səhnəsində güclü pirotexnika var!

Noa paltarını soyunaraq çəkmələri və alt paltarı ilə rəqsini başa vurur.

  • Azərbaycan

Növbədə Azərbaycandır!

Tural və Turan ürək formasındaki bir podyumdadır. Onların paltarları ilə səhnənin rəngləri vəhdət yaradır.

Klipdəki kadrlardan əsər əlamət yoxdur və ən əsası o papaqları görmədik. Bəlkə də onlar Belçikadan Gustaph-ın papaqlı çıxacağını görüb öz papaqlarını Bakıda qoymağa qərar veriblər.

  • Çexiya

Növbəti ölkə Çexiyadır.

Slavayan bacıları milli finaldan fərqli olaraq parlaq çəhrayı rəngdə paltarlar ilə səhnəyə çıxır.

Qızların dağınıq xareoqrafiyası var və üç dəqiqə ərzində rəqs edirlər.

  • Niderland

Sırada Niderlanddır.

Qalmaqalı ikili Mia və Dion səhnədədir. Bu qədər hərəkətli mahnılardan sonra indi dramatik bir piano balladının tam vaxtıdır.

İkili kiçik, amma fırlanan balaca platforma üzərində oxuyurlar. Vokallar üst səviyyədədir.

Platforma hərəkət edəndə gözəl bir effekt yaradır və performans bilavasitə kamera üzərində qurulub.

  • Finlandiya

Cha Cha Cha! Finlandiyanın sırasıdır.

Käärijä səhnəyə ikonikləşmiş yaşıl bolero gödəkçəsi ilə çıxır. Ona milli finaldakı çəhrayı geyimli dörd rəqqas qoşulur və Liverpula gəldiyini sözün əsl mənasında bəyan edir.

Bir yığın palet və nəhəng bir taxta qutu var. O çıxışına həmin taxtanın içində başlayır. Bu olduqca həyəcanvericidir.

Käärija zirvəyə qalxır və bu çılğınlıqdır. Biz Avroviziyanı məhz buna görə sevirik!

  • Danimarka

Növbə Danimarkadadır.

Şüphəsiz ki, bu mahnı bu ilin ən müasir treklərindən biridir. Reiley çıxışına yaşıl bir otaqda başlayır.

Onun səhnəsində böyük bir rekvizit var. Bu rekvizit isə üçbucaq formasındadır, hissələrdən ibarətdir və fırlana bilir.

Hər hissə ledlərlə və qrafiklərlə bəzədilib. Reiley səhnədə çıxışı sırasında otaqları gəzir və maraqlı bir görüntü yaradır.

Fırlanan buludlardan, ürəklərə qədər nə axtarsanız var!

Bu çox əyləncəli bir çıxış olacaq.

  • Ermənistan

Sıradakı ölkə Ermənistandır.

Brunette fırlanan qrafika fonunda səhnənin önündə uzanır. Daha sonra yumşaq fortepiano balladını oxumağa başlayır.

Brunette repə başladığı anda səhnədə işıqlar sönür. Güclü vokala malikdir. Temp dəyişikliyi zamanı müğənni işıqlardan və ledlərdən ağıllıca istifadə edir.

  • Rumıniya

Növbə Rumıniyadadır.

Səhnə olaraq bu çıxış milli finaldan tamamilə fərqlənir. Teodor sarı şortik və kostyum geyinib. Səhnə arxasında onun gizlində Pikaçu corabları geyindiyini gördük.

Çıxışın birinci yarısı akustik gitar ilə başlayır və davam edir. Çıxışın ikinci yarısından etibarən səhnə hərəkətlənir və rəqqasə gəlir.

Bu gözlədiyimiz bir şey deyil, amma unudulmaz bir şey olacaq.

  • Belçika

Növbə Belçikadadır.

Bu çox yaxşı bir pop himnidir. Gustaph çəhrayı və ağ rənglərdən ibarət kostyum geyinib.

Səhnədə Gustaphın pilləkənləri var. Ona çıxışı zamanı dəbdəbəli paltarları ilə üç drag-queen müğənniləri qoşulur.

  • Kipr

Günün son məşqi Kiprindir.

Bu mahnı güclü bir balladdır. Nağara ritmləri ilə Liverpul Arenanın zəminini titrədir.

Andrew’in vokalı qüsursuzdur. Ledlərində şəlalə və alovlar var. 

Sabah məşqlər qaldığı yerdən davam edəcək və daha 11 ölkə ilk məşqini Liverpulda həyata keçirəcək.

Sabahın cədvəli:

🇪🇪 Estoniya – 13:30 – 14:00;
🇮🇸 İslandiya – 14:10 – 14:40;
🇬🇷 Yunanıstan – 14:50 – 15:20;
🇵🇱 Polşa – 15:30 – 16:00
🇸🇮 Sloveniya –  17:10 – 17:40;
🇬🇪 Gürcüstan – 17.50 – 18.20;
🇸🇲 San Marino – 18.30 – 19.00;
🇦🇹 Avstriya – 19:10 – 19.40;
🇦🇱 Albaniya – 19:50 – 20:20;
🇱🇹 Litva – 20:30 – 21:00;
🇦🇺 Avstraliya – 21:10 – 21:40;

Leave a Reply