MƏŞQLƏRİN İLK GÜNÜ – 10 ÖLKƏ MƏŞQİNİ BAŞA VURDU

Avroviziya 2023-ün ilk məşqləri bu gün Liverpulda başa çatıb. Birinci yarımfinaldan 10 ölkə öz məşqini artıq tamamlayıb. Məşqlər Bakı vaxtı ilə saat 13:30-da Norveç ilə başladı və 21:00-da İsveç ilə sona çatdı.

Gün ərzində baş tutan məşqlərlə bağlı görüntüləri və məlumatları aşağıdan görə bilərsiniz.

  • Norveç

İlk məşq Norveçindir. Səhnə demək olar ki, MGP ilə eynidir. Alessandra vikinq abu-havasında səhnəsi ilə Avroviziyaya qayıdır. Ona 4 rəqqas qatılıb. Rəqqasların əlində milli finaldakı kimi işıqlı çubuqlar var. Səhnədə buz mavisi işıqlardan istifadə olunub.

Liverpool Arenanın döşəməsi (polu) baraban səsindən titrəyir. İlk yarımfinal açılışı üçün fantastik bir başlanğıcdı və siz buna qətiyyən hazır deyilsiniz.

  • Malta

Mmmm bu saksafonçu Malta təmsilçiləri nə yaxşı ki bu il bizimlədir. Elə deyil?

Onların rekvizitlərini görməlisiniz. 4 divardan ibarət bir otaq sarı skamyası, işıq dirəyi, qırmızı maşın və divan. Başqa nə lazımdır?

Onlar çıxışı 3 hissəyə ayırıb və hər hissəsində rəqsləri ilə diqqət çəkirlər.

Baxmayaraqki sviteri ilə özünü yaxşı hiss edirlər amma ilin ilk kostyum dəyişikliyi məhz maltadan gəlir və rəngli sviter gümüşü rəngli parlaq pullu bir paltara dəyişdirilir.

  • Serbiya

Növbə Serbiyadadır!

Mahnıda “Mən sadəcə yatmaq istəyirəm”  desə də Luke yaman oyaq görünür. Yəqin ki, Liverpul onu yaxşı qarşılayıb.

Səhnədə bir çarpayı var amma bu necə bir çarpayıdır başa düşmədim?! Hansısa bir ağacın ləçəyidi yoxsa yarpaq? Hər nədirsə, ümid edirəm Luke üçün rahatdı.

Ona 4 maskalı rəqqas müşaiət edir. Səhnədə güclü pirotexniki avadanlıqlar, tüstü və daha nələr, nələr.

Çətin ki, izləyici bu olanları unutsun.

Bir azca bizə Dihajı xatıladır kimi gəldi amma Luke son xor zamanı rəqqasların geyindiyi kürək çantalarından tüstü çıxarır. Bu da hər şeyi daha da apokaliptik hiss etdirir.

  • Latviya

Növbədə daha bir qrupdur. Latviya!

Ehhh, paltarlarını tapsalar yaxşı olar. Məlum olduki onların baqajını aviaşirkət itirib. Qanları yaman qaralıb. Amma ümidvarıq hər şey qaydasına düşəcək.

Çıxışa isə söz ola bilməz. Onlar Supernovada yaratdıqları atmosferi bura daşıyıblar. İşıqlandırma sistemi çox maraqlıdır. Qəfil olaraq yanıb-sönür.

Sonda isə hər birimizə hüzr bəxş edəcək bir sakitlik hökm sürür.

  • Portuqaliya

Ah, qəlbim! Sıra Portuqaliyadadır.

Milli finalda gördüyümüz o qırmızı klassik divanı kimsə zibil qutusuna atıb. Ya da kirayə verib.

Divandan fərqli olaraq isə Mimicat və səhnə qırmızıdır və onun libası qırmızı lələklərlə tikilib. 4 rəqqas ona səhnədə müşaiət edir.

O nə vokal idi?! Fasilədən sonra bizi əməlli başlı sirkələdi. Səsi ora gəldi?

  • İrlandiya

Sırada daha bir qrup var. İrlandiya!

Qrup klipdəki maskaları bir kənara atıb və yeni səhnə geyimi ilə Liverpul səhnəsindədir.

Ötən il Nadir və Sheldonda gördüyümüz pilləkanları bu dəfə qrup Wild Youth gətirib.

LED ekranların hamısında at nalı əks olunub və onların da səhnəsində pirotexniki alətlərdən istifadəyə yer verilib.

Mahnının sonlarına yaxın səhnəni alov jetləri bürüyüb. Bu qədər böyük dərəcədə istifadə hələ ki, olmamışdı.

  • Xorvatiya

Traktora! Sırada Xorvatiyadır.

Müsabiqədə belə səhnə gördüyümüzü deyə bilməyəcəksiniz. Onlar rəngarəng fərqli geyimləri ilə diqqət çəkir deyirdik ki, bir anda bütün paltarlarını soyunurlar. (Alt paltarı xaric)

Traktor, öpüşmə səhnəsi, lüt bədən, atəşfəşanlıq və daha nələr nələr.

Həmçinin, roketləri də unutmayaq. Onlar Liverpula roketləri də gətirib.

  • İsveçrə

Sırada isə İsveçrədir.

Mahnının dərin mesajı var. Müharibənin fəsadlarından bəhs edən balladadır və sülh çağırışı edilir.

Maraqlısı isə odur ki, Remo və 4 rəqqası birlikdə rəqs edir. Axı o söz vermişdiki bu belə də olacaq.

Və səhnədən daha öncədən ölkəni 2021 və 2022-ci illərdə təmsil edən ifaçılarla çalışmış Sacha Jean-Baptiste məsuliyyət daşıyır.

  • Moldova

Günəş və ay! Sırada Moldovadır.

On bir ildən sonra Avroviziyaya geri qayıdan Pasha səhnəyə nəhəng nağaralar, epik flyeta çalan oğlanı gətirib.

Pashanın vokalları qüsursuzdur və milli finaldakı maral buynuzlu köməkçi qadın müğənnilər ilə Liverpulu silkələyir.

Bu, Avroviziyada daha tez-tez gördüyümüz etno-banger növüdür və güclü bir performansdır.

  • İsveç

Günün son məşqi İsveç ilə başa çatdı.

Loreen müəyyən səbəblərdən Melfestdəki rekvizitləri Liverpula daşıya bilməsə də yeni və daha kiçik ölçülü kvadrat bir ekranı yuxarıdan asmağı bacarıb.

Çıxış yeni rekvizitlərlə olsa da şounun əsas məğzi qalmağa davam edir. Dərin tüstü çıxışı daha da maraqlı edir.

Sabah isə Azərbaycanda daxil olmaqla daha 10 ölkə ilk məşqini həyata keçirəcək.

Sabahın cədvəli:

🇮🇱 İsrail – 13:30 – 14:00;
🇦🇿 Azərbaycan – 14:10 – 14:40;
🇨🇿 Çexiya – 14:50 – 15:20;
🇳🇱 Niderland – 15:30 – 16:00
🇫🇮 Finlandiya –  17:10 – 17:40;
🇩🇰 Danimarka – 17.50 – 18.20;
🇦🇲 Ermənistan – 18.30 – 19.00;
🇷🇴 Rumıniya – 19:10 – 19.40;
🇧🇪 Belçika – 19:50 – 20:20;
🇨🇾 Kipr – 20:30 – 21:00;

2
%d bloggers like this: