Tina Karolun Avroviziya 2023 mahnı müsabiqəsinin çıxışı dəyişdiriləcək.
Qeyd etdiyimiz kimi keçmiş Ukrayna və Birləşmiş Krallıq təmsilçiləri “Bayraq Paradı” zamanı öz Avroviziya mahnılarını klassikləşmiş Britaniya hit mahnıları ilə qarışdıraraq ifa edəcəklər.
Tina Karolun çıxışı 40 saniyə, digər müğənnilərin çıxışı isə 1 dəqiqə olacaq.
Lakin Tina Karol YouTube-da paylaşdığı video ilə çıxışının Avroviziya prodüserləri tərəfindən bəyənilmədiyini açıqlayıb.
Prodüserlər ona çıxışında “hərəkətin az olduğunu” və çıxışa “daimi gərginliyin” lazım olduğunu bildiriblər.
Müğənninin musiqi prodüseri ona mahnının musiqisində dəyişiklik etmək lazım olduğunu məsləhət verib.
Xatırladaq ki, bu mahnıda edilən ilk dəyişikliklər deyil. Beləki, mahnı ilk öncə “I’m your Queen” adı ilə tamamilə fərqli sözlərlə milli seçim turunda iştirak edib. Daha sonra mahnının sözləri və adı dəyişdirilib.
Tina Karolun video bloqunu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz. Videonun 0:50 saniyəsində mahnıya edilən dəyişikliklərdən qısa bir hissəni dinləyə və 1:24-də isə Tina Karolun səhnədə geyinəcəyi paltarın eskizini görə bilərsiniz.