Avroviziya 2023-ün finalına artıq sayılı günlər qalıb. Aylarla davam edən seçim proseslərindən sonra ölkələr seçdikləri təmsilçilərini Liverpula göndərməyə başlayıb.
Sabahdan etibarən isə Avroviziya 2023-ün ilk məşqləri baş tutacaq. Bir həftə davam edəcək məşqlərdə hər ölkə iki məşq həyata keçirəcək.
İlk məşqlər yarımfinalist ölkələrin məşqlərindən ibarət olacaq. Daha sonra isə həftənin irəlliyən günlərində ev sahibi ölkə və böyük beşlik ölkələri də məşqlərə qatılacaq.
Sabahın cədvəli aşağıdakı kimidir:
🇧🇻 Norveç – 13:30 – 14:00;
🇲🇹 Malta – 14:10 – 14:40;
🇷🇸 Serbiya – 14:50 – 15:20;
🇱🇻 Latviya – 15:30 – 16:00
🇵🇹 Portuqaliya – 17:10 – 17:40;
🇮🇪 İrlandiya – 17.50 – 18.20;
🇭🇷 Xorvatiya 18.30 – 19.00;
🇨🇭 İsveçrə – 19:10 – 19.40;
🇲🇩 Moldova – 19:50 – 20:20;
🇸🇪 İsveç – 20:30 – 21:00;
Qeyd edək ki, saatlar Bakı vaxtını göstərir.
Azərbaycan isə ilk məşqini 1 may tarixində edəcək.
Ötən illərdə məşqlərin mediyaya açıq olmasına baxmayaraq, bu il məşqlər mediyaya qapalı həyata keçiriləcək. Lakin AYB məşqlərdən görüntülər təqdim edəcək.
Sabahkı məşqlərdən görüntülər eurovision.tv və Avroviziyanın rəsmi TikTok hesabından paylaşılacaq.