8 ÖLKƏ AYB-YƏ MƏKTUB GÖNDƏRİB – ARALARINDA AZƏRBAYCAN DA VAR

Avropa Yayım Birliyi (AYB) bu il 7 may tarixinə qədər məşqlərin mediyaya qapalı olacağını açıqlamışdı. Bu qərarın ardından içərisində Azərbaycan da daxil olmaqla, daha 7 ölkənin (Malta, Latviya, Polşa, Portuqaliya, San Marino, İsveçrə və Çexiya) nümayəndə heyətinin AYB-yə tələb məktubu göndərdiyi məlum olub.

Məktubda məşqlərin mediyaya birinci yarımfinaldan bir gün öncə açılacağı üçün bu qərarın birinci yarımfinalda yarışan ölkələr üçün ədalətli olmadığı və qərarın yenidən gözdən keçirilməsi tələb olunub.

Mənbələrə görə məktubu Belçika və Estoniya nümayəndə heyəti də imzalayacaqdı, lakin onlardan cavab gələnə qədər artıq məktub göndərilmişdi.

Dave Goodman isə göndərilən məktuba cavab verib:

“Media mərkəzini açıq tutmaq böyük bir maliyyə tələb edir. Bundan başqa biz media mərkəzini açsaq, o zaman jurnalistlər Liverpula ancaq Avroviziya həftəsində gələcək ki, bizlər bunu istəmirik. O cümlədən media mərkəzinin bağlı tutulması müğənniləri mənfi şərhlərdən qoruyacaq və bu çıxışlarına təsir göstərməyəcək”.

Məşqlər 7 may tarixinə qədər mediyaya bağlı olasa da, AYB məşqlərdən şəkillər və videolar yayımlayacaq.

Birinci məşqlərdən videolar TikTok platformasında, ikinci məşqlərdən görüntülər isə Avroviziyanın rəsmi Youtube kanalına yüklənəcək. Hər məşqdən şəkillər isə rəsmi saytda paylaşılacaq.

Mənbə: Aftonbladet.se

%d bloggers like this: