AVROVİZİYA 2023 SƏHNƏSİ ARTIQ HAZIRDIR

Təxminən 2 həftə sonra finalı baş tutacaq Avroviziya 2023-ün səhnəsi artıq tam hazırdır. Yayımçı kanal BBC bu gün Birləmiş Krallıq kralı və kraliçası ilə birlikdə səhnənin açılışını edib və görüntülər yayımlayıb.

Birləşmiş Krallıq kralı və kraliçası ilk olaraq arenaya baş çəkib və daha sonra səhnənin açılışını həyata keçirib. Sonra kanal əməkdaşları ilə birlikdə səhnə ilə tanış olublar və “Avroviziya 2023″ün rəsmi saundtrekini dinləyiblər.

Saundtrek ukraynalı bəstəkar Michael Nekrasov tərəfindən Liverpul 2023 üçün xüsusi olaraq hazırlanıb və canlı yayımlarda istifadə olunacaq.

Daha sonra cütlüyə BBC-nin baş drektoru Tim Davie qoşulub və müsabiqənin bu ilki yaradıcı heyəti ilə tanış olublar.

Sonda isə cütlük müsabiqənin baş drektoru olan Martin Österdahl ilə görüşüb və söhbət ediblər.

Səhnə məşhur səhnə dizayneri Julio Himede tərəfindən hazırlayıb.

O, səhnəni “birlik, bayram və icma” prinsipləri üzərində qurub. Julio daha əvvələr Grammy və MTV EMA mükafatlandırma gecələrinin səhnə dizaynı üzərində çalışıb.

Səhnə 450 kvadratmetrdən çox sahəni əhatə edir.

220 kvadratmetrini müstəqil hərəkət edə bilən video ekranları tutur. Zəmində 700-dən çox video piltələrdən (ledlərdən) istifadə olunub. Bundan başqa səhnədə 1500-dən çox led işıqlarından istifadə edilib.

Qeyd edək ki, 3 gündən sonra artıq Liverpulda məşqlər başlayacaq.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading