Bildiyiniz kimi keçdiyimiz günlərdə Avroviziya 2023 mahnı müsabiqəsində ölkəmizi təmsil etməyə namizəd olan 5 adı açıqlamışdıq.
Aralarında Əmrah Musayev & Humay Aslanova, Leyla İzzətova, Azər Nəsibov və Mamagama qrupunun yer aldığı namizədlərin hər biri təmsilçi təyin edildikdən sonra Tural və Turan qardaşlarına öz dəstəklərini bildirib və onlara uğurlar diləyiblər.
Qardaşların təmsilçi olacağı xəbərini görər görməz dəstək göstərən ilk namizəd azarkeşlər arasında da yetərincə favorit hesab edilən Mamagama qrupu olub.

Qrupun ardıyca Azər Nəsibov öz sosial şəbəkə hesabında hekayə (story) paylaşaraq bunları söyləyib.
“Mən sizə təşəkkür edirəm, Çox sağ olun ki, bu yolu mənimlə getdiniz və dəstək oldunuz, mənimlə oldunuz. Və Tural ilə Turana mən böyük uğurlar arzulayıram. İstəyirəm deyim ki, Avroviziyaya gedənədək heç dincəlməyəcəm.”
Onların ardıyca isə digər 2 namizəd də təmsilçilərimizin paylaşımının altında rəy olaraq öz dəstək mesajlarını bildirib:



Qeyd edək ki, ölkəmizi bu ilin may ayında Avroviziya mahnı müsabiqəsində əkiz qardaşlar Tural və Turan, səhnə adı ilə desək TuralTuranX təmsil edəcək. Onların ifa edəcəyi mahnının adı “Tell Me More” adlanır və mahnı klip ilə birgə yaxın günlərdə təqdim olunacaq.