Ardıcıl ikinci ildir ki, San Marinoda Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək istəyən 16 yaşdan yuxarı hər bir ifaçı üçün qlobal milli seçim turu keçirilir. Bu milli final “Una Voce per San Marino” adlanır.
Bu il təmsilçi seçimi altı üzvdən ibarət peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib və Piqued Jacks “Like An Animal” adlı mahnısı ilə San Marinonu “Avroviziya 2023″də təmsil etmək hüququ əldə edib.
Piqued Jacks İtaliyalı alternativ rok qrupudur. Onlar Virgin Radio, MTV və BBC Radio kimi digər böyük səhnələrdə çıxış ediblər. Onların ilk albomu 2015-ci ildə yayımlanan “Climb like ivy does”dır.
Onların bu albomdan başqa daha 3 albomu da işıq üzü görüb. 2022-ci ildə qrup daha çox sinql buraxıb və Los-Ancelesdə və İngiltərədə çıxış ediblər. Onlar Brett Shaw kimi böyük adlarla da çalışıblar.
Qeyd edək ki, San Marino 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, ikinci hissədə çıxış edəcək.
Mənbə: Eurovisionworld