Sloveniyanı Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya 2023 mahnı müsabiqəsində “Carpe Diem” mahnısı ilə Joker Outqrupu təmsil edəcək.
Qrup daxili seçim ilə seçilib. Onların mahnısı ilk dəfə 4 fevral tarixində “Misija Liverpool” adlı televiziya təqdimat şousunda yayımlanıb.
Joker Out sloveniyalı indie rok qrupudur. Qrup 2016-cı ildə yaradılıb və indiyə kimi iki albom buraxıblar. İlk mahnıları “Kot srce, ki kri poganja” adlanır.
Hal-hazırdakı üzvlər Bojan Cvjetićanin (vokal), Jure Maček, Kris Qustin (gitara), Jan Peteh (gitara), Nace Jordan’dır (bas).
Onlar 2021, 2022-ci illərdə ardıcıl iki dəfə “İlin Sənətçisi Mükafatı”, 2021-ci ildə “İlin Mahnısı Mükafatı” alıblar və 2022-ci ilin “Ən Çox Albom Satan Artisti” olublar.
Qeyd edək ki, Sloveniya 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, ikinci hissədə çıxış edəcək.
Mənbə: jokeroutband.com