[TANIŞ OL] BLANKA 🇵🇱

Polşa milli finalı “Tu Bije Serce Europy 2023″ün qalibi Blanka bu il Polşanı Avroviziyada “Solo” adlı mahnısı ilə təmsil edəcək.

Blanka Stajkow, Szczecin şəhərində polşa-bolqar ailəsində dünyaya gəlib. Anası onu kiçik yaşlarından müxtəlif istiqamətlərdə, o cümlədən diskoteka rəqs qruplarına qoşulmağa və musiqi məktəblərinə getməyə təşviq edib.

Blanka qeyd edir ki, səhərlər o yuxudan oyananda anası həmişə ya MTV, ya da Trace Urbanı açar, onu musiqi sahəsinə yönəlməyə həvəsləndirərdi.

14 yaşında o, “Strong Enough” adlı ilk mahnını yayımlayıb. Lakin, mahnı heç bir musiqi platformasında yayımlanmayıb.

YouTube player

2021-ci ildə “Top model in Polish” realiti şousunda iştirak edib və ilk rəsmi sinqlı olan “Better”i buraxıb.

YouTube player

Növbəti il ​​o, Warner Music Poland ilə müqavilə imzalayıb və rəsmi ikinci sinqlı “Solo”nu buraxır.

26 fevral 2023-cü ildə Blanka, Polşa milli finalı “Tu Bije Serce Europy 2023″də “Solo” adlı mahnısı ilə yarışır və müsabiqənin qalibi olur.

YouTube player

Polşa Avroviziya 2023-də ikinci yarımfinalın, ikinci hissəsində çıxış edəcək.

mənbə: Wikipedia, Eurovisionworld

Leave a Reply