[TANIŞ OL] TVORCHI🇺🇦

Ukrayna milli finalı “Vidbir 2023” qalibi TVORCHI qrupu “Heart of Steel” adlı mahnısı ilə Ukraynanı Avroviziya 2023-də təmsil edəcək.

Qrupun üzvləri Andrii Viktorovych Hutsuliak və Jimoh Augustus Kehindedir. 26 yaşlı Andrii Ukraynanın Ternopil rayonunda, 25 yaşlı Jimoh isə Nigeriyada anadan olub. Qrup üzvləri Ternopil tibb universitetində oxuyarkən tanış olublar. Qrupun ilk sinqlı 2017-ci ildə yayımlanıb.

YouTube player

“The Parts” adlı ilk albomunu 2018-ci ildə işıq üzü görən TVORCHI qrupun indiyədək 4 albomu yayımlanıb.

2019-cu ildə qrup cəmi 100 dollarlıq bir büdcə ilə “Believe” mahnısına klip çəkdirib. Klip yayımlandığı andan böyük marağa səbəb olub və bir neçə gün ərzində 400 min baxış əldə edib.

YouTube player

Həmin klipdən sonra qrup Ukraynada bir neçə festivala dəvət alaraq çıxış edib. 2020-ci ildə isə qrup “Bonfire” mahnısı ilə “Vidbir 2022″də iştirak edərək finalda 4-cü olub.

YouTube player

“Bonfire” milli finalda qalib olmasa da, qrupun böyük uğurlar əldə etməsinə səbəb olub. Belə ki, qrup Ukraynanın onlayn musiqi mükafatları olan “Culture Ukraine”də “İlin Ən Yaxşı Yeni Müğənnisi”“İlin Ən Yaxşı Sinqlı (İngilis dilində)” kateqoriyalarında mükafatlar qazanıblar. Qrup növbəti il “YUNA 2021” mükafatlarında 4 kateqoriyada namizəd olub.

TVORCHI qrupu 2022-ci ildə “Vidbir 2023″ə qatılacaqlarını açıqlayıb. Milli finalda “Heart of Steel” mahnısı ilə çıxış edən qrup münsiflərdən 10 baldan 9 bal, tamaşaçılardan isə 10 baldan 10 bal toplayaraq qalib gəlib.

Xatırladaq ki, Ukrayna keçən ilin qalibi olduğu üçün TVORCHI qrupu Avroviziya 2023-də birbaşa finalda çıxış edəcək.

YouTube player

Mənbə: 20minut/Eurovision.tv

Leave a Reply