[TANIŞ OL] MIA & DION🇳🇱

Niderlandı Liverpulda keçiriləcək 67-ci Avroviziya mahnı müsabiqəsində Mia Nicolai və Dion Cooper dueti “Burning Daylight” adlı mahnı ilə təmsil edəcək.

Yayımçı kanalın verdiyi məlumata, əsasən, Mia və Dion iki il əvvələ qədər bir-birilərini tanımırdılar. Onları bir araya Avroviziya 2019 qalibi Duncan Laurence və onun nişanlısı, bəstəkar Jordan Garfield gətirib.

26 yaşlı Mia Nicolai Niderlandın Amsterdam şəhərində anadan olub. Mianın atası “Partij voor de Dieren“-in (Heyvanlar üçün partiya) üzvü və vəkildir. Anası isə, Rusiyada anadan olmuş bəstəkardır. Mianın anası onu hələ 3 yaşında ikən balet və aktrisalıq dərslərinə yazdırıb. Bu dərslər onda musiqiyə maraq yaranmasına səbəb olub. Mia daha sonra piano və skripka dərslərinə də yazılıb.

Azadlığı çox sevən müğənni Melburn (Avstraliya), London (İngiltərə), Mexiko (Meksika), Nyu-York (ABŞ) şəhərlərində yaşadıqdan sonra nəhayət, 2022-ci ildə Los-Ancelesdə məskunlaşıb.

İlk sinqlı 2018-ci ildə çıxan müğənninin indiyədək 6 sinqlı işıq üzü görüb.

28 yaşlı Dion Cooper hələ 4 yaşından musiqiçi olmaq arzusunda olub. Boş vaxtlarında nağarada ifa edən atası onun musiqiyə olan marağının artmasına səbəb olub.

Gitaranı ilk dəfə 15 yaşında əlinə alan müğənni onu bir daha yerə qoymayıb. Sonrakı illərdə o, oxumağa və öz musiqilərini yazmağa başlayıb. Dionun ilk sinqlı 2020-ci ildə işıq üzü görüb. O, öz musiqisinin sədalarını “Bryan Adams və Harry Stylesin qarışığı” kimi təsvir edir.

YouTube player

Müğənninin indiyədək 10 sinqlı yayımlanan müğənninin Avroviziya səhnəsində Mia ilə ifa edəcəyi “Burning Daylight” mahnısı 1 mart tarixində yayımlanıb. Mahnı tərz olaraq “Tears getting sober” (Bolqarıstan 2020) və “Arcade”-i (Niderland 2019) xatırladır.

Liverpulda keçiriləcək 67-ci Avroviziya mahnı müsabiqəsində Niderland, 9 may 2023 tarixində baş tutacaq birinci yarımfinalın ikinci yarısında çıxış edəcək.

YouTube player

Mənbə: AVROTROS.nl/eurovision.tv/eurovoix

Leave a Reply