[TANIŞ OL] VİCTOR VERNİCOS 🇬🇷

Yunanıstanı Avroviziya 2023-də 16 yaşlı Victor Vernicos “What They Say” adlı mahnısı ilə təmsil edəcək. O, bu mahnını bir il əvvəl özü yazıb. Mahnı, hələ ki, yayımlanmayıb.

Victor daxili seçim ilə seçilib. Seçimlərə ümumilikdə 106 mahnı təqdim olunub və onlar ictimai münsiflər heyəti və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Viktor Vernikos Yorgensen 16 yaşında yarı yunan, yarı danimarkalı müğənnidir və 4 yaşından musiqi ilə məşğuldur. O, vokal və gitara dərsləri alıb, həmçinin bir çox musiqi seminarlarında iştirak edib. Victor 2021-ci ildə ilk mahnısını yayımlayıb.

YouTube player

O, hal-hazırda Nina Lotsari’dən vokal ifaçılıq dərsləri alır.

Qeyd edək ki, Yunanıstan 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, birinci hissədə çıxış edəcək.

Mənbə: Eurovisionworld
Wikipedia

Leave a Reply