TURAL & TURAN [BİLMƏLİ OLDUQLARINIZ]

Bildiyiniz kimi Avroviziya 2023 mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təmsilçi və mahnı qəbulu həyata keçirən İctimai Televiziya və Radio Yayımları şirkəti 2 fevral tarixində müraciətlər arasında yer alan son 5 namizədi təqdim etdi.

Namizədlər arasında yer alanlar sırasında əkiz qardaşlar Tural və Turan Bağmanovlar da var.

YouTube player

2000-ci il oktyabr ayının 30-u Zaqatala şəhərində anadan olan qardaşlar, atalarının musiqi zövqünün xarici musiqilərə yatğın olması və özlərindən böyük qardaşlarının hər daim yeni hitləri dinləməsi, onların musiqi zövqünün formalaşmasında mühüm rol oynayıb. 13-14 yaşları olarkən musiqi məktəbinə gedən uşaqlara rəğbət bəsləyən Bağmanovlar 15-16 yaşlarından etibarən müəyyən məktəb, şəhər və digər tədbirlərində səhnələr almağa başlamışdır. Lakin qardaşları və atalarının vəfatından sonra musiqini xeyli vaxt kənara atmalı olublar.

Bu ərəfələrdə trenddə olan musiqiləri bir kənara atıb musiqinin dərinliyinə getməyə başlayırlar və yeniyetməlik dövrünü “Pink Floyd”, “Queen” və “Gun’s n Roses” kimi rok qruplarını dinləyərək keçirirlər. Məktəbdən sonra “Vokal sənəti” üzrə qabiliyyət imtahanlarına yazılırlar və imtahandan ikisi də “məqbul” almasına baxmayaraq yalnız Turan Sumqayıt Musiqi kollecinə daxil olur. Turan “Vokal Sənəti” üzrə 1 il yarım təhsil aldıqdan sonra 2019-cu ilin aprel ayında hərbi xidmətə yola düşməli oldu. Tural isə görməsində yaranan məhdudiyyətə görə hərbi xidmətə yararsız olaraq qeydiyyata alınıb.

Turan əsgərlikdə olduğu müddət ərzində Tural artıq Bakıya köçür. 2019-cu ilin iyul ayında gitarist bir dostunun köməyi ilə birgə “TheRedJungle” adlı musiqi qrupu yaradıb.

Hansı ki, qrup İctimai TV-də yayımlanan “Yeraltı” layihəsinin 2 proyektinə dəvət alır, Əl Oyunları sarayında Gənclər Gününə həsr olunan dövlət tədbirində 3000-dən çox şəxsin qarşısında rok üslubunda “Gəl Ey Səhər” ifa edir və digər bu kimi layihələrin bir hissəsi olur.

Turan hərbi xidmətdən qayıtdıqdan sonra onlar birgə çıxışlara başlayır, ardıyca küçə sənətinə maraq göstərən Tural Turizm informasiya Agentliyinin təşkil etmiş olduğu “küçə sənətçisi” layihəsində iştirak etməyə başladı.

2021-2023-cü illər arasında Sumqayıt Musiqi Kollecinin orkestrı ilə birgə dövlət tədbirində solist kimi, “YARAT”ın təşkil etmiş olduğu Yarat müasir incəsənət mərkəzində keçirilmiş “Late Summer Jam” konsertində vokalist kimi, ARB telekanalında yayımlanan “Karaoke Özəl” verlişində qonaq kimi iştirak ediblər.

YouTube player

Yaradıcılıq və bacarığa gəldikdə isə, funk və rok janrlarında musiqi işləməyi sevən qardaşlar gitar, bass, fortepiano və harmonika kimi musiqi alətlərində ifa edə bilir, o cümlədən, aktyorluqla da məşğul olurlar. ARB telekanalında yayımlanan “İfşa Çətin Hədəf” seriyalının 2 bölümündə əkiz rolunda, AZTV-nin 2022-ci il üçün nəzərdə tutulmuş yeni il proqramında musiqiçi matros rolunda və bir neçə şəxsi video klip və qısa filmlərdə oynayıblar.

%d bloggers like this: