Avstriya yayımçı kanalı ORF 31 yanvar tarixində “Hitradio Ö3” kanalında yayımlanan “Ö3 Wecker” şousu zamanı Avstriyanın Avroviziya 2023 təmsilçisini açıqlayıb.
Teya və Salena, prodüser Eberhard Forcher, Lukas Hillebrand tərəfindən kastinqə dəvət olunub və daxil seçim yolu ilə seçilərək Avstriyanı Avroviziya 2023-də təmsil etmək hüququ əldə ediblər. Onların mahnısı isə, 8 mart tarixində yayımlanacaq. Mahnının adı isə, hələ ki, məlum deyil.
ORF kastinq proqramı “Starmania 21″də iştirak etdikdən bəri 22 yaşlı Vyanalı Teodora Spiric və 24 yaşlı Ştiriyalı Selina-Mariya Edbauer yaxın dost olublar və birlikdə yeni işlər görməyə başlayıblar. Hər ikisinin olduqca zəngin musiqi təcrübəsi var.
Teya 17 yaşından öz mahnılarını yaratmağa başlayıb və ilk səhnə təcrübəsini caz orkestrində ifa etməklə qazanıb. O, 2020-ci ildə Serbiya və Avstriyanın milli seçimlərində iştirak edib.
Salena ailə yığıncaqlarında və məktəbdə həm solo ifaçı, həm də qruplarda çıxış edərək ilk səhnə təcrübəsini qazanıb. O, ilk dəfə 2019-cu ildə Avstriyanın Avroviziya seçim turunda iştirak edib. 2020-ci ildən onun mahnıları hər gün “Station Voice” radiosunda dinlənilib, həmçinin o, bəzi reklamları da səsləndirib.
Qeyd edək ki, Avstriya 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, ikinci hissədə çıxış edəcək.
Mənbə: Eurovisionworld
Wikipedia