Litva milli finalı olan “Pabandom iš Naujo 2023”də iştirak edən Monika Linkytė “Stay” adlı mahnısı ilə müsabiqənin qalibi seçilərək, may ayında baş tutacaq Avroviziya mahnı müsabiqəsində Litvanı təmsil etmək hüququ əldə edib.
Monika Linkytė Litvanın Gargždai şəhərində anadan olub. O, müğənni-bəstəkardır.
Monika düz altı dəfə – 2010 , 2011 , 2012 , 2013 , 2014 və 2015-ci illərdə Avroviziyaya getməyə cəhd edib. Nəhayət 2015-ci ildə Vaidas Baumila ilə birlikdə “This Time” dueti ilə Litvanı təmsil edib və nəticədə 18-ci olub.
Hazırda onun Litvada iki sertifikatlı sinqlı var. İlk albumu “Walk with Me”dən olan “Po dangum” mahnısı platin və “Padovanojau” mahnısı isə qızıl sertifikat alıb.
Qeyd edək ki, Litva 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, ikinci hissədə çıxış edəcək.
Mənbə: Eurovisionworld