LEYLA İZZƏTOVA [BİLMƏLİ OLDUQLARINIZ]

Bildiyiniz kimi Avroviziya 2023 mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təmsilçi və mahnı qəbulu həyata keçirən İctimai Televiziya və Radio Yayımları şirkəti 2 fevral tarixində müraciətlər arasında yer alan son 5 namizədi təqdim etdi.

Namizədlər arasında yer alanlar sırasında bir çox Avroviziya azarkeşlərinin öncədən tanıya biləcəyi Leyla İzzətova da yer alır.

YouTube player

1996-cı ilin 14 dekabr tarixində Bakı şəhərində anadan olub. Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbinin fortepiano sinifini bitirib. Onun musiqiyə ilə olan ilk addımları “Şərq ulduzları” uşaq ansamblı ilə başlamışdır. Peşəkar müğənni kimi 2013-cü ildən bəri fəaliyyət göstərən Leyla bugünədən bir çox musiqili layihələrin də iştirakçısı olub.

Yuxarıda qeyd etdiyimiz kimi, onu Avroviziya ilə daha öncədən bağlayan məqamlar var idi. Hansı ki, 2013-cü ildə baş tutan Avroviziya milli seçim turları və 2014-cü ildə baş tutan “Böyük Səhnə” yarışmaları buna nümunədir.

YouTube player

Bunlardan başqa “Özünü tanıt” kimi digər layihələrə qatılan İzzətova 2018-ci ildə Bakıda keçirilən Caz Festivalının “I am Jazzman! 2018″, Beynəlxalq Caz müsabiqəsinin Gənc ifaçılar yarışmasının qalibidir. ”Səs Uşaqlar” layihəsində bekvokalist kimi çalışmağa başlayır, ardıyca isə ”Səs Azərbaycan” vokal yarışmasında iştirak etmək qərarına gəlir. Murad Arifin komandası ilə yoluna davam edib və layihənin 4 finalçısından biri olub. O, məhz bu layihədə Türkiyəyə Avroviziyada qələbə gətirən “Everyway That I Can” mahnısını da ifa etmişdir.

YouTube player

”Səs Azərbaycan” layihəsindəki uğurlu çıxışdan sonra 2022-ci ilin iyun ayında Bakıda baş tutan Formula 1 Azərbaycan qran prisinin ulduz qonaqlarından biri olub və 3 gün boyunca şəhər mərkəzində canlı konsert proqramı ilə çıxış edib.

YouTube player

Leave a Reply