[TANIŞ OL] LET 3 🇭🇷

Xorvatiya milli finalı “Dora 2023″nın qalibi Let 3 qrupu bu il Xorvatiyanı Avroviziyada “Mama ŠČ!” adlı mahnısı ilə təmsil edəcək.

Qrup 1987-ci ildə Xorvatiyanın Riyeka şəhərində yaranmış muassir rok qrupudur. Xüsusiilə keçmiş Yuqoslaviyada çox məşhur olan qrup rok musiqisinə orjinal yanaşması və ədəbsiz canlı çıxışları ilə tanınır. Əksəriyyət halda qrupun mahnılarının sözləri arasında təxribatçı və vulqar kəlimələr çoxluq təşkil edir.

YouTube player

Qrupun üzvləri qadın və LGBT hüquqları kimi məsələlərə dəstək verir və mühafizəkar siyasətə və Katolik Kilisəsinə qarşı sərt mövqe ortaya qoyurlar.

Qrupun günümüzə qədər bir çox albomları və sinqılları yayımlanmışdır.

Let 3 qrupu 2022-ci ildə Xorvatiya milli finalı Dora üçün “Mama SČ!” adında mahnı göndərir və 9 dekabr 2022-ci ildə qrupun müsabiqədə iştirakı təsdiqlənir.

Onlar 11 fevral 2023-cü il tarixində baş tutan “Dora 2023” müsabiqəsində 279 xal toplayaraq qalib olurlar və Xorvatiyanı Avroviziya 2023-də təmsil etməyə haqq qazanırlar.

Qeyd edək ki, Xorvatiya Avroviziya 2023-ün birinci yarımfinalının, ikinci hissəsində çıxış edəcək.

YouTube player

Mənbə: Wikipedia / HRT

Leave a Reply