[TANIŞ OL] İRU KHACHANOV 🇬🇪

🇬🇪 İru Khachanov “The Voice Georgia 2023″ün qalibi olaraq Gürcüstanı Avroviziya 2023-də təmsil etməyə haqq qazanıb. O, final çıxışında Avroviziya 2012 qalibi Loreenin “Euphoria” mahnısını ifa edib.

YouTube player

O, 2009-cu ildə Tbilisi Olimpiya musiqi yarışmasının ən yaxşı müğənnisi mükafatını qazanıb. Türkiyənin müxtəlif şəhərlərində keçirilən mahnı müsabiqələrində də iştirak edib.

İru “Candy Music” mahnısı ilə Uşaq Avroviziyası 2011-in qalibi olan Candy qrupunun da üzvü olub.

YouTube player

Iru Khechanovi bu yaxınlarda verdiyi müsahibədə hal-hazırda Avroviziya 2023 mahnısının üzərində iş getdiyini və mahnının yaxın zamanda işıq üzü görəcəyini söyləyib.

Qeyd edək ki, Gürcüstan 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, ikinci hissədə çıxış edəcək.

Mənbə: Eurovisionworld

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading