[TANIŞ OL] ALIKA🇪🇪

Estoniyanı 67-ci Avroviziya mahnı müsabiqəsində sayca 15-ci olan “Eesti Laul 2023” müsabiqəsinin qalibi Alika “Bridges” mahnısı ilə təmsil edəcək.

2002-ci ildə Estoniyanın Narva şəhərində dünyaya gözlərini açan Alika ailəsindəki tək məşhur deyil. Beləki, onun bacısı Valeria Milova peşəkar rəqqasədir. O, “Dancing with the stars” layihəsinin Türkiyə və İrlandiya versiyalarında iştirak etmiş, hətta İrlandiyada bu müsabiqənin ilk qaliblərindəndir.

Bacısından fərqli olaraq bəxtini ifaçılıqda sınayan Alika, Estoniya və xaricində müsabiqələrə qatılmışdır. Həmin müsabiqələr siyahısına “The Baltic Voice”, “New Wave Junior”, “Kaunas Talent”, “Bravo Song Contest” və “Berlin Perle” daxildir.

YouTube player

Lakin Alika-ya məşhurluğu “Pop Idol” müsabiqəsinin Eston versiyası “Eesti otsib superstaari“də əldə etdiyi qələbə olmuşdur. Bu qələbə sayəsində o, “Universal Music Group”la albom müqaviləsi qazanmışdır. Müğənni bu şirkətlə indiyədək 4 sinql çıxardıb. 

1 noyabr 2022-ci ildə Alika-nın “Eesti Laul 2023″də iştirak edəcəyi açıqlanıb. 14 yanvar gecəsi ikinci yarımfinalda 10-cu nömrə altında çıxış edən müğənni münsif səsverməsində ikinci olsa da, tamaşaçı səsverməsində böyük bir fərqlə birinci olmuşdur. Böyük finalda, 11 fevral gecəsi isə, həm münsif, həm də tamaşaçı səsverməsində birinci olaraq Estoniyanı Liverpulda keçiriləcək 67-ci Avroviziya 2022 mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb.

Müğənni “ESCunited”ə verdiyi müsahibədə ölkəni təmsil edəcəyi “Bridges” mahnısının yazılma prosesindən danışıb. Onun sözlərinə görə, mahnını Niderlandda olarkən yazıb. Həmin gün studiyada böyük təşviş keçirərək ağlayıb. Bundan sonra bəstəkar dostu Wouter Hardy onu evinə aparmış və Hardy-nin pianosundan istifadə edərək üç saat ərzində mahnını bəstələyib. Alika-ya görə mahnı həmin gün studiyada hiss etdiyi duyğuları təmsil edir. 

Xatırladaq ki, Estoniya 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, birinci hissədə çıxış edəcək.

YouTube player

Mənbə: Eurovision.tv/ESCunited

Leave a Reply