İsveçrəni Avroviziya 2023’də Remo Forrer təmsil edəcək.
İndi isə, Remo Forreri yaxından tanıyaq.
Remo Forrer, 2001-ci ildə anadan olmuşdur.Erkən yaşlarından musiqiyə marağı olan Remo fleyta,akkordeon və piano ifa etməyi öyrəndi.
Daha sonra isə bir müddət idman malları mağazasında pərakəndə satış üzrə menecer vəzifəsində çalışıb.
2020-ci ilin aprel ayında təşkil olunan “The voice of Switzerland”ın üçüncü sezonuna qatılmış və müsabiqədə qalib olmuşdur.
Daha sonra isə Almaniyada təşkil olunan “I Can See Your Voice”ə qatıldı.
20 fevral 2023’də İsveçrə yayımçı kanalı SRG tərəfindən Remo Forrerin ölkənin Avroviziya 2023 təmsilçisi olması açıqlandı.
Remo’nun ifa edəcəyi mahnı 7 mart tarixində bəlli olacaq.
O, 9 may baş tutacaq birinci yarımfinalın ikinci hissəsində səhnə alacaq və ölkəsinin finala vəsiqə qazanması üçün mübarizə aparacaq.
Mənbə: Wikipedia