MAMAGAMA [BİLMƏLİ OLDUQLARINIZ]

Bildiyiniz kimi Avroviziya 2023 mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təmsilçi və mahnı qəbulu həyata keçirən İctimai Televiziya və Radio Yayımları şirkəti 2 fevral tarixində müraciətlər arasında yer alan son 5 namizədi təqdim etdi.

Namizədlər arasında yer alanlar sırasında qrup Mamagama da var. Qrupun fəaliyyəti və işləri ilə bağlı hələ bir neçə ay öncə saytımızda yazılarımız olmuşdu. Elə o dönəmdən sonra yerli Avroviziya azarkeşləri tərəfindən bəyənilən və Avroviziyaya layiq görülən qrup bu gün artıq təmsilçi olmağın bir addımlığındadır.

YouTube player

3 nəfərdən ibarət olan qrupun üzvləri elə bir neçə həftə öncə dəyişib. Qrupun yaranmasında böyük rolu olan RomaZee (Roman Zilianev) artıq öz yerini Allahverdi Hümbətli və Bəhruz Əfəndiyevə təhvil verib. O Çində fəaliyyət göstərən musiqi akademiyasının vitse-prezidentidir və həmin yerdə öz fəaliyyətini davam etdirəcək.

YouTube player

Qrupun solisti Safael (Asəf Mişiyev) 1992-ci ildə oktyabr ayının 31-də Bakıda doğulub və burada boya-başa çatıb. 13 yaşından musiqiyə böyük marağı var və elə o vaxtdan bəri musiqi ilə məşğul olmağa başlayıb. Moskva Müasir İncəsənət İnstitutunda caz ifaçılığı üzrə təhsil alıb.

Qrupun hazırki üzvləri arasında olan dostluq münasibəti və istedad nəticəsində onlar illər öncdədən də birgə musiqi qrupu kimi 2018-ci ilədək fəaliyyət göstərmişdir. Bir müddət fasilə verən ifaçılar təkrar bir araya gəlir amma bu dəfə “Mamagama” olaraq.

Qrup ilə bağlı onu qeyd edə bilərik ki, ötən ilin noyabr ayında Albaniyada baş tutan “Kënga Magjike” festivalında Azərbaycandan qatılan Mamagama “Best International New Artist” (Ən yaxşı beynəlxalq yeni artist) kateqoriyası üzrə finala qədər yüksəldi və nəticədə kateqoriyanın qalibi olmağı bacardı. Festivalın ümumi nəticələrinə görə 384 xal ilə 4-cü olmağı bacararkən, Avroviziyada iştirak etmiş təmsilçilərdən festivalda iştirak edən Omar Naber 7 xal ilə sonuncu, 23-cü, We Are Domi 72 xal ilə 22-ci, Andrea 99 xal ilə 21-ci, Alvan 126 xal ilə 17-ci və Anxhela Peristeri 394 xal ilə 3-cü olub.

Nəzərə çatdıraq ki, qrup şəxsi Instagram səhifəsində etmiş olduğu paylaşım ilə Avroviziya üçün hazırlamış olduğu mahnıları izləyicilərə öncədən bildirmişdi. “Dreamer”, “Oh My Love”, “River” və “Change The Rhythm” adlı 4 nəğmə ilə İctimai Televiziya və Radio Yayımları şirkətinə müraciət edən qrup müsabiqədə Azərbaycanı təmsil etmə hüququ əldə edərsə, onlar məhz bu 4 mahnıdan birini ifa edəcək.

1
1

Leave a Reply