İtaliyanı Avroviziya 2023’də “Sanremo 2023″ün qalibi Marco Mengoni təmsil edəcək.
İndi isə Marco Mengoni’ni yaxından tanıyaq.
Marco Mengoni 25 dekabr 1988-ci ildə İtaliyada anadan olmuşdur.Daha erkən yaşlarından o, 14 yaşında sənaye dizaynı üzrə okuyarkən,musiqiçilik təhsilinə başladı.Daha sonra isə,beş nəfərlik musiqi qrupunun üzvü oldu.O, musiqi təhsilinə davam edərkən, bəzən barmenlik etdi, piano barlarda və toylarda səhnələr aldı.
Mengoni 2009-cu ildə İtaliyanın “X Factor” yarışmasının üçüncü sezonunun qalibi olmuşdur.
Daha sonra isə o, “Credimi Ancora” mahnısı ilə “Sanremo 2010″nun finalçısı olmuş və müsabiqəni 3-cü sırada qərarlaşaraq bitirmişdir.
Daha sonra isə Mengoni “Sanremo 2013″ə “L’essenziale” və “Bellissimo” mahnıları ilə qatıldı.16 fevral 2013-cü ildə o “Sanremo 2013″ün qalibi oldu və ölkənin Avroviziya 2013 təmsilçisi bəlli oldu.
Bir müddət sonra isə Marconun iki mahnı arasından “L’essenziale” ilə müsabiqəyə qatılacağı müəyyənləşdi.
“L’essenziale” mahnısı ilə Avroviziya 2013’ün finalında 126 xal toplayaraq 7-ci sırada müsabiqəni tamamladı.
Marco 9 il sonra Sanremo’ya qayıtdı.O, “Sanremo 2023″də “Due vite” adlı mahnısıyla iştirak etdi və müsabiqəni qazanaraq İtaliyanı Avroviziya 2023’də təmsil etmək hüququna malik oldu.Marco Mengoni 13 May baş tutacaq Avroviziya finalında səhnə alacaq və ölkəsinə növbəti qələbəni qazandırmaq üçün mübarizə aparacaq.
Mənbə: Wikipedia