Danimarkanı Avroviziya 2023’də ölkənin milli finalı “Melodi Grand Prix 2023″ün qalibi Reiley təmsil edəcək.
İndi isə Reiley ilə yaxından tanış olaq.
Səhnə adı Reiley olan Rani Peteshen, 24 noyabr 1997-ci ildə Danimarkada anadan olmuşdur.Reiley’nin musiqi ilə tanışlığı ilk dəfə 6 yaşından piano dərsləri alması ilə başlayır. Reiley musiqi kariyerasına 2019-cu ildən etibarən başlayır.
O həm də bir tiktok fenomenidir. Tiktokda ifa etdiyi cover mahnılar sayəsində 10 milyondan çox izləyicisi vardır.
Reiley’nın ilk sinqlı olan “Let it ring” 2021-ci ilin mart ayında işıq üzü görmüşdür.
Bu,müsabiqənin qaydalarını pozduğu üçün Reiley’nin müsabiqədən diskalifikasiya olunma riskini artırdı.Daha sonra isə,onun diskalifikasiya olunmayacağı təsdiqləndi.
Reiley “Melodi Grand Prix 2023″ün 11 fevral baş tutan milli finalında “Breaking My Heart” mahnısı ilə qalib gəldi və ölkəni Avroviziya 2023’də təmsil etmək hüququnu qazandı.
Mahnısı haqqında danışan sənətçi, mahnının qarşılaşdığı “toksik” romantik münasibət zamanı yazıldığını bildirmişdir.
Nəzərinizə çatdıraq ki, Reiley 11 may baş tutacaq ikinci yarımfinalın ikinci hissəsində səhnə alacaq və ölkəsinin finala vəsiqə qazanması üçün mübarizə aparacaq.
Mənbə: Wikipedia, famousbirthdays.com