[TANIŞ OL] VESNA 🇨🇿

🇨🇿 Çexiyanı Avroviziya 2023’də ölkənin milli final “ESCZ 2023″ün qalibi olan Vesna qrupu təmsil edəcək.

🇨🇿 İndi isə, Vesna qrupunu daha yaxından tanıyaq. Qrup 6 üzvdən ibarətdir:

1. Patricie Fuxova
2. Bára Šůstková
3. Olesya Ochepovska
4. Marketa Vedralová
5. Tereza Čepková
6. Tanita Yankovova

2016-cı ildə Qrupun solisti Patricie Fuxová qadınlıq və Slavyan bacılığını qeyd edən bir qrup yaratmaq istədi.Fuxovánın sözlərinə görə qrup haqqında Çex xalq musiqisi ifa etdikləri düşünülsə də, əslində bu belə deyil:
“Mən bunu folklor kimi görmürəm, bizim ifa etdiklərimiz xalq mahnıları deyil. Mənim üçün bunlar arxiteplərlə işləyən mahnılardır.”

Vesna’nın 2018-ci ildə “Páta bohyne” adlı albomu işıq üzü görür.Qrupun solisti Fuxová Çex xəbər jurnalı Tydén’ə verdiyi müsahibəsində bildirib ki, albom həm qarşılaşdığı real həyat hadisələrindən, həm də çex hekayələri və nağıllarından ilhamlanıb.Albom Çex musiqi mükafatları proqramı “Cény Andel 2018″də ilin kəşfi mükafatını qazanıb.
Daha sonra isə 2020-ci ildə Covid-19 pandemiyası yayıldığı zamanda qrup, “Anima” albomunu təqdim edib.Qrup üzvü Bára Šůstková müsahibəsində albomun heyvan motivləri, kişi və qadın münasibətləri və qadın bədəni ilə təmsil olunduğunu bildirdi.
Daha sonra isə,16 yanvar 2023-cü ildə qrup Çexiyanın Avroviziya 2023 üçün milli finalı “ESCZ 2023″də altı rəqibdən biri kimi açıqlandı.

Səsvermənin nəticələri 7 fevral 2023-cü ildə açıqlananda qrup 10,584 səs qazanaraq 6,368 səs fərqi ilə qalib gəldi və Çexiyanın Avroviziya 2023 təmsilçisi olmaq hüququnu qazandı.

Çexiya 9 may baş tutacaq birinci yarımfinalın ikinci hissəsində final üçün mübarizə aparacaq.

YouTube player

Mənbə: Wikipedia

Leave a Reply