ƏMRAH MUSAYEV & HUMAY ASLANOVA [BİLMƏLİ OLDUQLARINIZ]

Bildiyiniz kimi Avroviziya 2023 mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təmsilçi və mahnı qəbulu həyata keçirən İctimai Televiziya və Radio Yayımları şirkəti 2 fevral tarixində müraciətlər arasında yer alan son 5 namizədi təqdim etdi.

Namizədlər arasında yer alanlar sırasında Əmrah Musayev və Humay Aslanova da var. “Səs Azərbaycan” vokal yarışmasından tanışlıqları başlayan bu 2 ifaçının haqqında bilməli olduqlarınızı bir araya toplamaq qərarına gəldik.

YouTube player

Humay Aslanova 1987-ci ilin 10 oktyabr tarixində dünyaya göz açıb. Bülbül adına orta ixtisas musiqi məktəbi, ardıyca isə Bakı Musiqi akademiyasında təhsil alan Aslanova 2010-cu ildə Rauf Babayevin rəhbərliyi altında fəaliyyət göstərən “Qaya” Dövlət Ansamblının solisti olmuşdur.

Bu gün Əmrah Musayevlə birgə yollarını birləşdirən “Səs Azərbaycan” layihəsində Musayevdən fərqli olaraq bir iştirakçı yox, vokal məşqçisidir. O, təkcə ifaçı deyil, eyni zamanda musiqişünas, pedaqoq, piano ifaçısı və həvəskar rəssamdır.

Qrup şəklində seçimlərə qatılan Humay Aslanovanaya müşaiət edən Əmrah Musayev 1996-cı ilin 30 yanvar tarixində Şirvan şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi Sənəti” fakültəsində təhsil alıb. Azərbaycan SSR Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunan “Tofiq Quliyev 100” adlı konsert proqramı çərçivəsində Heydər Əliyev adına sarayda çıxış etmişdir.

Sonuncu dəfə “Səs Azərbaycan” layihəsində iştirakçı olan Musayev Xalq Artisti Tünzalə Ağayevanın komandasında 1/4 final mərhələsinə qədər yüksəlməyi bacarmışdır.

YouTube player

Leave a Reply