Avstraliyanın məşhur metal rok qrupu Voyager bu il Avstraliyanı “Pomise” adlı mahnısı ilə Avroviziya 2023-də təmsil edəcək.
Voyager 1999-cu ildə Qərbi Avstraliyanın Perth şəhərində yaradılmış Avstraliyalı Progressive metal musiqi qrupudur. Qrup bu günə qədər 7 albom buraxıb.
Qrupun ilk albomu olan “Element V”i 2003-cü ildə Avstraliyada, 2004-cü ildə isə Avropada yayımlanıb.
Sonuncu albomları olan “Colours in the Sun” 1 noyabr 2019-cu ildə Fransız-Amerika metal musiqi şirkəti “Season of Mist”də yayımlanıb.
Qrup iki dəfə Avroviziyaya getməyə cəhd göstərib. Voyager ilk dəfə 2020-ci ildə Avroviziyaya qatılmaq üçün yayımçı kanal SBS-yə “Runaway” adlı mahnını göndərmiş, lakin seçilməmişdi.
Qrup daha sonra Avroviziyaya qatılmaq üçün yenidən 2022-ci ildə Avstraliya milli finalı “Australia Decides”ə “Dreamer” adlı mahnısı ilə qatılmış və xalq səsverməsinin qalibi olmuşdur. Nəticədə isə qrup müsabiqədə ikinci sırada qərarlaşmışdı.
Ötən gün isə artıq Avstraliya yayımçı kanalı SBS tərəfindən qrup Avstraliyanın Avroviziya 2023 təmsilçisi olaraq təsdiqlənmiş və müsabiqədə ölkəni “Promise” adlı mahnısı ilə təmsil edəcək.
Qeyd edək ki, Avstraliya 11 may tarixində Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalında, ikinci hissədə çıxış edəcək.
Mənbə: Wikipedia