Belçika milli finalı “Eurosong 2023″un qalibi Gustaph “Because of You” adlı mahnısı ilə Belçikanı Avroviziya 2023-də təmsil edəcək.
Gustaph 5 iyul 1980-ci ildə Belçikanın mərkəzi sayılan Lauven şəhərində anadan olub. O, musiqi kariyerasına “Royal Conservatory of Ghent” adlı musiqi konservatoriyasında başlayıb.
İlk dəfə 2000-ci ildə Steffen adı ilə “Gonne Lose You” adlı mahnısını yayımlayıb və mahnı nəticədə böyük hitə çevrilib. Daha sonra elə həmin ilin sonunda ikinci mahnısı “Sweetest Thing”i yayımlayıb. Müğənni bir müddətdən sonra adını Gustaph olaraq dəyişdirib.
Daha sonra kariyerasına bəstəkar kimi davam edən Gustaph, Belçikanın Radio Donna və Q-music verlişləri üçün mahnılar yazıb.
Bundan başqa Gustaph “Royal Academy of Fine Arts of Ghent” akademiyasında vokal məşqçisi və müəllimi kimi də çalışır.
Gustaph 2023-cü ildə Belçika milli finalına “Because of You” və “The Nail” adlı iki mahnı ilə qatılır. Seçimlər zamanı isə müğənni final üçün “Because of You” adlı mahnısını seçir.
Final gecəsində isə Gustaph nə münsiflərin, nə də xalq səs verməsinin qalibi olmasa da, nəticədə gecənin qalibi olur və Belçikanı “Because of You” adlı mahnısı ilə Avroviziya 2023-də təmsil etməyə haqq qazanır.
Avroviziya 2023-də Belçika 9 mayda baş tutacaq birinci yarımfinalın, birinci hissəsində çıxış edəcək.
Mənbə: Eurovoix / Wikipedia / VRT