ONLARDAN BİRİ AZƏRBAYCANI AVROVİZİYADA TƏMSİL EDƏCƏK!

“12xal” məlumat verir ki, “Avroviziya 2023”də Azərbaycanı bu 5 ifaçıdan biri təmsil edəcək.

Azərbaycanın Avroviziya nümayəndə heyətinin mətbuat rəhbəri İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb:

“Öncə qeyd etdiyimiz kimi, Avroviziya müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər – Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur.


Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizəd mahnılarının instrumental versiyaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib.
Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib, və bu videoların tezliklə fokus qrupuna təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.

2
2

Leave a Reply