Avroviziya 2023 Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov seçim prosesindən danışıb.
Öz sosial şəbəkə hesabından paylaşım edən Qasımov bunları qeyd edib:
“Hamıya salam! Avroviziyada builki seçimlə bağlı son günlər yaranan bəzi söz-söhbətlərə şərhimi bildirirəm qısaca:
Komandamızın işinə irad bildirən seçimlərə qatılmış iştirakçılardan birinin mahnısının müəyyən hissəsi məşhur xalq mahnısı “Fəridəm” ilə oxşardır. Bu isə ESC qaydalarına ziddir.
Bundan əlavə artıq bilirsiniz ki, builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Narazılıq edən digər iştirakçının təqdim etdiyi mahnının bu və digər kriteriyalara uyğun olmadığından o növbəti mərhələyə keçmədi.
Hamıya sonsuz sevgi və uğurlar!”.
