Sabah sayca 67-ci Avroviziya mahnı müsabiqəsinin yarımfinal bölgüsü üçün püşkatma mərasimi baş tutacaq.
Mərasim, İngiltərənin Liverpul şəhərində yerləşən St. George konsert salonunda keçiriləcək.
Bundan başqa sabah ev sahibliyi təslim mərasimi də ənənəyə sadiq qalaraq baş tutacaq. Mərasimdə Liverpul meri Joanne Anderson və Turin meri Stefano Lo Russo yer alacaq.
Püşkatma mərasimi Ryan və AJ Odudu’nun aparıcılığı ilə baş tutacaq.
Püşkatma torbalarında ölkələr də artıq bəllidir;
Torba – 1
- Albaniya;
- Avstriya;
- İsveçrə;
- Xorvatiya;
- Serbiya;
- Sloveniya;
Torba – 2
- Danimarka;
- Avstraliya;
- Finlandiya;
- İslandiya;
- Norveç;
- İsveç;
- Estoniya;
Torba – 3
- Ermənistan;
- Azərbaycan;
- Gürcüstan;
- İsrail;
- Latviya;
- Litva;
Torba – 4
- Kipr;
- Yunanıstan;
- İrlandiya;
- Malta;
- Portuqaliya;
- San Marino;
Torba – 5
- Belçika;
- Çexiya;
- Niderland;
- Moldova;
- Polşa;
- Rumıniya;
Torba – 6
- Fransa;
- İtaliya;
- Almaniya;
- İspaniya;
- Birləşmiş Krallıq;
- Ukrayna;
Mərasim sabah Bakı vaxtı ilə 23:00-da Avroviziyanın rəsmi Youtube kanalında canlı yayımlanacaq və yarım saat çəkəcək.