Avroviziya 2018 təsmilçimiz Aisel yeni albomla geri dönür!
12xal xəbər verir ki, sənətçi bu barədə öz sosial şəbəkə hesabında yeni fotosessiyasını paylaşarkən yazıb. Fotoqraf Ruslan Nəbiyevin obyektivinə pozalar verən Aisel “Tezliklə sizi yeni albom ilə sevindirəcəm”, – deyə, bildirib.
Qeyd edək ki, uzun illərdir həm də bəstəkarlıq fəaliyyəti ilə məşğul olan ifaçı yeni albomundakı mahnıları da özü yazıb. Bundan öncə bir neçə sinql və sinqllardan ibarət canlı ifalarla “Obsessions” adlı albomu təqdim edən ifaçı bu dəfə yeni mahnılar ilə dinləyicilərini sevindirəcək.