2022-NİN ƏN YAXŞI MAHNISI SLOMO SEÇİLDİ – 10 İLDƏN SONRA YENİ QALİB

Dünən gecə hər il olduğu kimi ilin ən yaxşı mahnısı Avroviziya fanatları tərəfindən seçilib. Bəs qalib necə təyin olunur?

ESC Radio və Songfestival.be tərəfindən baş tutan səsvermə sistemində hər il minlərlə müsabiqə fanatları iştirak edir və öz bəyəndikləri 10 mahnının adını qeyd edirlər. Nəticələr isə hər ilin ilk günündə açıqlanır.

Dünən gecə də ötən il üçün bu səsvermənin nəticələri açıqlanıb. Nəticələrə görə isə siyahıda zirvədə “SloMo” mahnısı ilə 2022 İspaniya təmsilçisi Chanel qərarlaşıb.

2012-ci ildən bəri siyahıya liderlik edən Loreen isə bu il 1 pillə geriləyərək 2-ci olub. Ümumillikdə Chanel 10 ildən sonra Loreen’i birincilik kürsüsündən salmağı bacarıb.

Ölkəmizdən isə bu il yalnız 3 mahnı bu siyahıda yer ala bilib:

100. Efendi – Mata Hari (-27)

138. Aysel & Arash – Always (+3)

226. Safura – Drip Drop (Yeni)

Azərbaycanı Avroviziya 2022-də təmsil edən Nadir Rüstəmli isə təəssüf ki, siyahıda ilk 250 mahnı arasına daxil ola bilməyib.

Siyahıda ilk onluğa girmiş Avroviziya mahnıları isə aşağıdakı kimidir:

1. Chanel – “SloMo” (İspaniya 2022) – (Yeni)
2. Loreen – “Euphoria” (İsveç 2012) – (-1)
3. Cornelia Jakobs – “Hold Me Closer” (İsveç 2022) – (Yeni)
4. 
Eleni Foureira – “Fuego” (Kipr 2018) – (+2)
5. 
Måneskin – “Zitti E Buoni” (İtaliya 2021) – (-3)
6. 
Go_A – “SHUM” (Ukrayna 2021) – (-3)
7. 
Duncan Laurence – “Arcade” (Niderland 2019) – (-3)
8. 
Beth – “Dime” (İspaniya 2003) – (+1)
9. 
Diodato – “Fai rumore” (İtaliya 2020) – (+4)
10.
Barbara Pravi – “Voilà” (Fransa 2021) – (-5)

YouTube player
%d bloggers like this: