“Səs Azərbaycan” vokal yarışmasından tanıdığımız Lalə Zeynallı öz sosial şəbəkə hesabından Avroviziya 2023 üçün öz namizədliyini irəli sürdüyünü açıqlayan növbəti ifaçı olub.
O, İTV-nin başlatmış olduğu Avroviziya 2023 mahnı və artist seçimlərinə “Warrior Of Fire” adlı mahnı ilə qatıldığını öz sosial şəbəkə hesabında elan edib:
“Əziz izləyicilərim, nəhayət, şadam ki, Eurovision 2023 seçmələrinə mən də qoşuldum. Bu dəfə təkcə mahnı müəllifi kimi deyil, həm də bir ifaçı kimi qatılacam!
Mahnı haqqında bir az məlumat vermək istərdim. Mahnın adı “Warrior of Fire” adlanır, dilimizə tərcüməsində “Odlu Döyüşçü”. Bu, səni sındıra biləcək insanların olmasına baxmayaraq, hər zaman içindəku atəşdən necə yapışmalı olduğuna dair bir mahnıdır. Bu həm də “Odlar Yurdu” olduğumuza kiçik bir istinaddır, çünki biz odlar diyarında yaşayırıq və biz hər zaman od döyüşçüləri olacağıq!
Mən eləcə də, mənim üçün əziz insan olan Eldarı belə məsul vəzifə ilə təbrik etmək istərdim! Çünki bu insanın musiqi zövqünə çox güvənirəm və çox sevinirəm ki, məhz o bu vəzifəni icra edəcək! O buna layiqdir!
Ümid edirəm ki, bu il Azərbaycanımız üçün uğurlu olacaq, çünki müsabiqədə əsas olan iştirak deyil, qələbədir!
“Maybe spotlights got me blinded, when I fell for your crimes”
Music and Lyrics: Lala Zeynal
Production: Seymur Aliyev”