RAUF KINGSLEY: AVROVİZİYA 2023 ÜÇÜN 3 MAHNIM HAZIRDIR

Avroviziya 2023 üçün namizəd gördüyümüz şəxslərdən biri olan Rauf Kingsley öz şəxsi Instagram səhifəsindən müsabiqə ilə bağlı açıqlama edib:

“Eurovision 2023 üçün 3 mahnı hazır etmişik. İnşallah, gələn həftə rəsmi olaraq İctimai TV-ə trekləri göndərəcəyik.

Bunların içindən ən sevdiyim və həqiqətən hit və 1-ci olma potensiallı mahnım isə “Sad Disco”-dur.

Aylardır ki, bu trekin üzərində çalışırıq. Sözləri mənimlə birlikdə Myah Marie, Aghanim, musiqi bəstəsi isə Misha, Matin Mikaeili və Robert Nolfe tərəfindən üstlənilib. Bu mahnı hər ehtimalda 1-ci, və ya 1-ci olma potensialına sahibdir.

Ümid edirəm ki, bu mahnı ilə ölkəmizə illər sonra yenidən qalibiyyət gətirmək şansı mənə qismət olar. Məqsəd sadəcə təmsil etmək yox, 2023-cü ildə Avroviziyanı ölkəmizə gətirməkdir.

Əlavə olaraq, bu il mənimlə birlikdə albom üzərində çalışan Ümit Küzer, Cihan Baris, Lynn, Robert Nolfe, Katarina Nolfe, Myah Marie, Dave Kutch, Misha, Elçin Elşad, VVSVAUPRA, Kingsley Records artistləri və daha çoxuna – komandada iştirak edən hər kəsə ürəkdən sevgimi və sonsuz hörmətimi bildirirəm.

Sizlərə həm də Yanvar ayının əvvəlində albomun ilk sinqlını verəcəm. Mark Eliyahu, Alim Qasımov, Lynn və daha bir çox əfsanənin daxil olduğu albomda sizlərə yep-yeni bir səviyyədə POP musiqi təqdim edəcəm.

Sizləri çox sevirəm, Rauf Kingsley.”

%d bloggers like this: